Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH
Paşinyan Vaşinqtonda Əliyevlə saziş imzalayacaq?
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb


01.08.2025  16:28 

Kamçatkadakı sunami Rusiyaya ziyan vurub





A+  A-

Kamçatkada baş verən sunami Rusiyanın nüvə sualtı qayıq bazasına ziyan vurub.

Rusiya Sakit Okean Donanmasının Kamçatkadakı bazası, hansı ki, Rusiya atom sualtı qayıqlarının əksəriyyəti orada yerləşir, iyulun 30-da Rusiya sahillərində baş verən sunami nəticəsində ziyan görüb.

XəzərNews.az-ın xəbərinə görə, bu barədə "The Telegraph" nəşri "Umbra Space"in peyk görüntülərinə istinadən yazıb.

Söhbət yarımadanın cənubundakı Kraşeninnikov buxtasının sularında yerləşən Rıbaçiy bazasından gedir. Görüntülərə əsasən, yanalma körpülərindən birinin bir hissəsi ilkin mövqeyindən kənara çıxıb ki, bu da onun körpüdən qopduğunu göstərə bilər.

Ehtimal edilir ki, 8.7 bal gücündə zəlzələ nəticəsində yaranan dalğalar yeraltı təkanlar başlayandan 15 dəqiqə sonra episentrdən təxminən 120 km qərbdə yerləşən bazaya çatıb. Bazada "Borey" tipli müasir atom sualtı qayıqları və sovet "Delta"ları yerləşir. Lakin ilkin təhlilə əsasən, onlar sunami zamanı zədələnmiş yanalma körpüsünə lövbərlənmədikləri üçün zədə almayıblar.

Mütəxəssislərin fikrincə, yanalma körpüsünün zədələnməsi, çox güman ki, bazada işin intensivliyinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.

Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Yeraltı təkanlar bölgədə hündürlüyü 4 m-ə çatan bir neçə sunami dalğası yaradıb. Liman və balıq emalı zavodu su altında qalıb, gəmilər yanalma körpülərindən aralanaraq, axına düşüb. Çin, Tayvan, İndoneziya və Yaponiyada da sunami xəbərdarlığı elan edilib.




Xəbər 248 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +