Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


13.01.2024  17:42 

İslamın qızıl dövrü qayıdır? Ərəb və Türk dünyası bir araya gəlsə...





A+  A-

Bu yaxınlarda hazırladığım məqalənin birində yazmışdım ki, II Qarabağ Müharibəsi zamanı Səudiyyə Ərəbistanı Ermənistanın tərəfində olub, açıq və gizli şəkildə bədnam qonşularımıza yardım edib. Bu fikir çoxlarını heyrətdə buraxdı. Hətta məni yalan məlumat yaymaqda suçlayanlar da oldu...

Niyə bu fikir çoxlarını təəccübləndirdi? Çünki ictimai rəydə Səudiyyə Ərəbistanı tam başqa bir imicə sahibdir. Belə ki, böyük çoxluq o fikirdədir ki, Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər yaratmaqdan məhz Azərbaycana görə imtina edib. Müsəlman torpaqlarını işğal edən ermənilərə rəsmi Ər-Riyad bu şəkildə etirazını bildirib. Belə düşünənlər haqlıdırlar. I Qarabağ Müharibəsində həqiqətən də Səudiyyə Ərəbistanı Azərbaycanın yanında olub. Ona dəstək verib. Hətta Qarabağda ağır yara alanların bir hissəsi Səudiyyənin maliyyə dəstəyi ilə paytaxt Ər-Riyadda müalicə olunub.

II Qarabağ Müharibəsi ərəfəsində isə vəziyyət yaxşı deyildi. Səudiyyə Ərəbistanı Azərbaycandan ciddi şəkildə uzaqlaşmış, müvafiq olaraq Ermənistana yaxşınlaşmışdı.

Niyə belə oldu? Bu işdə Azərbaycanın xarici siyasətini istiqamətləndirən şəxsləri ittiham etməyə tələsməyin. Səbəb Türkiyədir. Belə ki, 2018-ci ildə İstanbuldakı Səudiyyə konsulluğunda səudiyyəli jurnalist və dissident Camal Qaşıqçı amansız şəkildə qətlə yetirildi. Qətlin sifarişçisi isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman idi. Bu fakt Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri son dərəcə gərginləşdirdi. Nəticədə Türkiyəni hədəf alan Səudiyyə Türkiyənin yaxın müttəfiqi olan Azərbaycana da arxa çevirdi. Ermənistanın bəxtinə gün doğdu.

2018-ci ilin sentyabrında iki ölkə arasında rəsmi münasibətlərin yoxluğuna baxmayaraq, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və Səudiyyə kralı Salman Ermənistanı müstəqillik günü münasibətilə təbrik etdilər. 2021-ci il oktyabrın 26-da Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə səfər etdi. İlk dəfə idi ki, Ermənistan rəhbəri Səudiyyə torpağına qədəm qoyurdu. Tarixi səfər zamanı Ermənistan prezidenti Gələcək İnvestisiya Təşəbbüsü forumunda iştirak etdi və burada vəliəhd şahzadə Məhəmməd bin Salmanın yanında oturdu...

2019-cu ildə Səudiyyə Ərəbistanı ABŞ Konqresində erməni soyqırımının tanınması üçün sponsorluğu boynuna götürdü. Səudiyyənin ABŞ-dakı səfiri Princess Reema bin Bandar Al Saud öz bəyanatında Türkiyəni ikiüzlü adlandırdı və soyqırımı qəbul etməkdən imtina etdiyinə görə Türkiyəni qınadı. Səudiyyə Ərəbistanının Livandakı səfiri də ölkəsinin Ermənistana həmrəyliyini nümayiş etdirmək üçün Erməni Soyqırımı memorialını ziyarət etdi. Yəni Co Baydeninin 2021-ci ildə qondarma erməni genosidini rəsmən tanımasının arxasında həm də Səudiyyənin ciddi dəstəyi vardı...

Həmin yazımda ötəri qeyd etmişdim ki, Səudiyyə Ərəbistanı ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri də II Qarabağ Müharibəsi zamanı Ermənistanın yanında olub. Birləşmiş Ərəb Əmirlikləri niyə belə edib? Çünki BƏƏ Körfəz ölkəsidir. Körfəz ölkələrinin qeyri-rəsmi lideri isə Səudiyyə Ərəbistanıdır. Öndər ölkəyə dəstək baxımından BƏƏ Türkiyə və Azərbaycana qarşı yaradılmış cəbhədə yer almışdı...

Düzdür, son illərdə Səudiyyə Ərəbistanının, eləcə də BƏƏ-nin Türkiyəyə münasibəti köklü şəkildə müsbətə doğru dəyişib. Təbii ki, bu dəyişiklik Azərbaycana münasibətdə də aydın şəkildə görünür. Şübhəsiz ki, bu, son dərəcə müsbət hadisədir və böyük perspektivlər vəd edir..

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bugünlərdə Bakıya gerçəkləşdiyi rəsmi səfəri uğurlu oldu. Ən azı ona görə ki, rəsmi mənbələr bu görüş haqqında yüksək fikirlər səsləndirdilər.

Elə BƏƏ mətbuatı da bu görüş haqqında geniş və hərtərəfli məlumatlar yaydı. Məsələn, BƏƏ-nin ən nüfuzlu nəşrlərindən olan “gulfnews.com” saytı yazırdı:

“Əlahəzrət (Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın) BƏƏ-nin Qafqaz regionunda sabitliyə, sülhə və inkişafa böyük əhəmiyyət verdiyini və region xalqlarının rifahı naminə bütün ölkələrlə, xüsusən də Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı genişləndirməyə sadiq olduğunu vurğuladı”. Gördüyünüz kimi, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycanın Cənubi qafqazdakı dominant mövqeyini dilə gətirməsinə BƏƏ mediası da diqqət edir...

Gəlin görək erməni məsələsində BƏƏ hansı mövqedədir. Ermənistan və BƏƏ arasında 1998-ci il iyunun 25-də diplomatik əlaqələr qurulub. Ermənistan 2000-ci ildə Əbu-Dabidə səfirlik, 2017-ci ildə isə Dubayda konsulluq açıb. BƏƏ-nin isə 2015-ci ildə İrəvanda səfirliyi fəaliyyət göstərir.

Gördüyünüz kimi, BƏƏ Səudiyyə Ərəbistanından çox-çox əvvəl Ermənistanla əlaqə qurub.

Türkiyənin Suriya, Sudan və Liviyadakı fəallığı BƏƏ-nin etirazı ilə qarşılanıb. BƏƏ də Səudiyyə Ərəbistanı kimi Türkiyəyə qarşı erməni kartından istifadə edib. 2019-cu ildə BƏƏ rəsmən bəyan edib ki, erməni genosidini tədricən tanınmağa başlayacaq. Elə tanıyıbdır da. Belə ki, federativ ölkə olan BƏƏ 7 əmirlikdən ibarətdir. BƏƏ-nin ən böyük əmirliyi Əbu-Dabidir. BƏƏ-nin ümumi ərazisinin 87 faizi Əbu-Dabi əmirliyinin payına düşür. Ona görə də Əbu-Dabi şəhəri həm eyni adlı əmirliyin, həm də BƏƏ-nin paytaxtıdır. Əhalinin sayına görə isə ikinci ən böyük əmirlikdir. BƏƏ-də son dərəcə xüsusi önəm daşıyan bu əmirlik qondarma erməni genosidini rəsmən tanıyıb. Xatırladım ki, 2020-ci ildə Suriya eyni addımı atmışdı. Erməni genosidini tanıyan ilk müsəlman ölkəsi isə Livan olub. Livan hələ 2000-ci ildə belə bir qərar vermişdi.

Deməli, hansı ərəb ölkəsinin Türkiyə ilə problemi olursa, həmən erməni genosidindən yapışır...

Onu da qeyd edim ki, BƏƏ-nin 10 milyon əhalisi var. Ümumi Daxili Məhsulun həcmi 508 milyard dollardır. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 87.729 dollardır.

Ən önəmlisi isə odur ki, neft və qaz ÜDM-in təxminən 30 faizini təşkil edir. 2009-cu ildə isə BBƏ-nin ixracatının 85 faizi neftə bağlı idi. İqtisadi azadlıqlar indeksinə görə dünyada 24-cü yerdədir. Yaxın Şərq və Şimali Afrikada isə birinci yerdə gedir. 2023-cü ildə BƏƏ-nin iqtisadi inkişafı 3 faizə yaxın olub. 2022-ci ildə bu göstərici daha yüksək-7.9 faiz olmuşdu.

BƏƏ-nin ABŞ-la xoş münasibətləri olsa da daha çox Çinlə ticarətə üstünlük verir.
BƏƏ Səudiyyə Ərəbistanından sonra Yaxın Şərqdə ikinci ən böyük iqtisadi gücdür. Turizimdən fantastik gəlir əldə edir. Hazırda inşaatda 350 milyard dollarlıq tikinti işi gedir.

“The Corruption Perceptions Index (CPI)”ə görə korrupsiyanın ən az olduğu ölkələr sırasındadır...

BƏƏ iqtisadi inkişafındakı stabilliyə görə dünyada yalnız İsveçrədən geridə qalır. Birinci onluqda olan Kanada, Almaniya, Yaponiya, İsveç, Avstraliya, Hollandiya, Norveç və Danimarka kimi ölkələrdən isə öndə gedir...

Əlbəttə, belə bir ölkə ilə əlaqələri gücləndirmək Azərbaycanın maraqları baxımından xüsusi önəm daşıyır. BƏƏ-nin iqtisadi inkişafının tarixində Azərbaycanın görüb-götürəcəyi çox şey var...

Ən önəmlisi isə odur ki, BƏƏ ilə münasibətlərin dərinləşməsi digər varlı ərəb ölkələrinin də Azərbaycana marağının artmasına ciddi təkan verə bilər. Məsələn, Qətər Lüksemburq, İsveçrə və Sinqapur kimi ölkələrdən sonra dünyanın dördüncü varlı ölkəsi sayılır. Qətər ilə Türkiyənin əla münasibətləri var. Hətta Türkiyənin Qətərdə hərbi bazası da yer alır. Qətərlə Azərbaycanın münasibətləri nədən daha da güclənməsin? Bəhreyn, Küveyt, Oman və bu kimi digər varlı ərəb ölkələri ilə münasibətlərimizi daha da dərinləşdirməyik. II Qarabağ Müharibəsində əldə olunmuş böyük qələbədən sonra Azərbaycan getdikcə güclənir. Ərəb Dünyasının da Türk Dünyasına, xüsusən Orta Asiyaya marağı artır. Bu isə münasibətlərin qarşılıqlı şəkildə inkişafına təkan verir.
Azərbaycan bu tendensiyanın fərqindədir və prosesdən maksimum şəkildə yararlanmağa can atır...

O da aydındır ki, Ərəb və Türk dövlətləri arasında münasibətlərin dərinləşməsi bütövlükdə İslam Dünyasının güclənməsinə gətirib çıxara bilər. Bu tendensiyaya qarşı çıxan bəlli dairələr var. Ənənəvi olaraq ABŞ bu sırada öndə gedir və islam dünyasında birlik və bərabərliyin olmasına ən böyük əngəldir. Bu məsələdə Amerika Avropa İttifaqını da öz arxasınca sürüyüb aparmağa çalışır. Ona görə də heç bir provokasiyaya uymadan bu istiqamətdə çalışmaq lazımdır. Onu da unutmayaq ki, Qərb alimlərinin də etiraf etdiyi kimi, VIII-XIII əsrlər arasında İslam Qızıl Dövrünü yaşayıb. İslamın elmi, iqtisadi və mədəni çiçəklənmə dövrü dünya tarixində silinməz izlər qoyub. Qərb alimləri onu da etiraf edir ki, Xristian Dünyası, xüsusən Avropa islam intibahından səmərəli şəkildə yararlanıb və islam alimlərinin əldə etdiyi bilgilər üzərində yüksəliblər. Əminliklə demək olar ki, intibah dövrü və ya renesans yenidən islam coğrafiyasına qayıda bilər. Bunun üçün islam coğrafiyasında barış və rifah olmalıdır. Xüsusən ərəb, türk və fars xalqları düşmən təbliğatına uymamalıdırlar. İslam Dünyası qarşısı süni şəkildə kəsilmiş intibahın qızıl dövrünə yenidən dönməlidir. Şübhəsiz ki, islam ölkələrinin liderləri bu barədə düşnməlidir...

Elbəyi Həsənli, Sürix

Xəbər 4687 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +