Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


22.11.2023  18:26 

“Azərlotereya”nın qaranlıq maliyyə əməliyyatı... - Nə baş verir?





A+  A-

Bəzi müəssisələr üzrə xalis mənfəət əldə edilsə də, büdcəyə dividend ödənişi həyata keçirilmir.

Bu haqda məlumat “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə göstərilir ki, "Azərlotereya" ASC səhmlərində dövlətin payı olan müəssisə olaraq 2022-ci il üzrə dövlət büdcəsinə heç bir divident ödəməyib. Maraqlıdır ki, “Azərlotereya” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatında Hesablama Palatasının əksinə olaraq, müəssisənin ötən il üzrə 30,194,740 manat dividend ödədiyi qeyd edilib.

Bəs, “Azərlotereya” ASC dividendi hara və necə ödəyib? 30 milyon manatdan çox vəsaitin büdcədə əksini tapmamasına səbəb nədir? Mövzu ilə bağlı sualları ASC-nin mətbuat xidmətinə ünvanlasaq da, dəqiq cavab ala bilmədik. Belə ki, “Azərlotereya”dan verilən cavabda ölkə başçısının qurumun idarəetməyə verilməsilə bağlı sərəncamı xatırladılır: “Məlum olduğu kimi, ölkə başçısının 16.01.2021-ci il tarixli 2443 nömrəli Sərəncamına əsasən "Azərlotereya" ASC Türkiyə Respublikasının "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B.V." şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Şirkətin idarəetməyə verildikdən sonrakı dövrdə dövlətə olan ödənişləri sözügedən müqavilə əsasında həyata keçirilir. "Azərlotereya" ASC-nin 2022-ci il üzrə maliyyə hesabatı ilə daha ətraflı şirkətin saytından tanış ola bilərsiniz”.

“Azərlotereya”dan verilən cavabda həmçinin, mövzu ilə bağlı detallı məlumat əldə etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyimiz tövsiyə edilir.

Cavabda birbaşa göstərilməsə də, aydın olur ki, ASC müvafiq ödənişi Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə ödəyib. Beləliklə, növbəti sorğularımızı adıçəkilən Xidmətə və Maliyyə Nazirliyinə ünvanlamaq məcburiyyətində qaldıq. Cavabları təqdim edəcəyik.

Həbibə ABDULLA
AFN.az


Xəbər 4789 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +