“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


16.11.2023  14:26 

İstanbul məşhur Lalə mövsümü... - Foto





A+  A-

Lalə mövsümü İstanbulda baharın gəlişinin müjdəçisidir. Hər il İstanbulun göz önündə olan yerləri rəngbərəng bahar lalələri ilə bəzədilir. Bu da ziyarətçilərə şəhərin parlaq gözəlliklərini ehtiva edən zövqlü mənzərə ziyafəti təqdim edir. Məsələn, laləçiliyin akvakultura üsulundan istifadə edilərək Sultanahmet meydanında geniş lalə xalçası toxuyurlar. Bu nəfəs kəsən mənzərə həm yerli, həm də xarici ziyarətçiləri ovsunlayır. İstanbulda Emirgan bağı, Gülhane Parkı, Yıldız bağı, Soğanlı Botanik Parkı, Beykoz bağı, Büyük Çamlıca bağı, Küçük Çamlıca bağı, Fetihpaşa bağı, Hidiv Malikanəsi bağında da bənzər mənzərələrlə qarşılaşacaqsınız.

Lalə simvolu Türk mədəniyyət və incəsənətində önə çıxır.

Lalənin vətəni orta Asiyadır. Pamir dağı türkləri tərəfindən Anadoluya gətirilən lalə Türk
mədəniyyəninin ən vacib simvollarından biridir. Soğanlı və ot bitkisi olan lalə 12-ci əsrdən etibarən əl işləri sənətində bəzək kimi istifadə edilməyə başlamışdır. Bu gözəl rəngarəng çiçək Osmanlı dövründə şeir, fərman, hekayə və miniatür mövzusu olaraq dəbə minmişdir. Lalə motivi məscidlərdə, qəbir daşlarında, saray işləmələrində, xalça və kilim naxışlarında, cehiz sandıqlarında, hətta sikkələrdə, dəbilqə və top tökmələrində də istifadə edilmişdir.

Əsasən çöl çiçəyi olan lalə 16-cı əsrdən başlayaraq Osmanlının paytaxtı İstanbulda
yetişdirilməyə başlamış və şəhərin hər yerində bağ çiçəyi kimi əkilmişdir. Qanuni Sultan
Süleyman dövründə lalə ehtirası daha da böyüyür, lalə bitkisinin fərqli növ və sortlarının
artmasına səbəb olur. Özəlliklə şəhərin simvolu olan İstanbul laləsi bu dövrdə ortaya çıxıb.

Sultan III Ahmedin dövründə lalə 2000-ə yaxın növü ilə elə diqqət mərkəzinə çıxır ki, 18-ci əsrin əvvəlinə Lalə Dövrü adını verirlər.

Hər rəngin fərqli mənası var.

Lalə çeşidləri artdıqca hər rəng başqa bir məna ifadə etməyə başladı. Qızmızı lalələr eşqi, bəyaz lalələr isə saflıq və məsumiyyəti təmsil edirdi. Bənövşəyi çiçəklər “ləyaqət və romantizmi”, sarı çiçəklər “sevinc” və “ümidsiz sevgi”ni ifadə edirdi. Nadir qarşılaşdığımız qara lalə “əlçatmazlıq və nadir”liyi ifadə etdiyi halda, zolaqlı lalə isə “gözəl gözlərin var” mesajı ötürürdü.

Türk mədəniyyətində bu qədər önəmli yeri olan möhtəşəm çiçək 15-ci əsrin ikinci yarısında əvvəlcə Avstriyanın Vyana şəhərinə, daha sonra Hollandiyaya gətirilərək Avropaya təqdim edilmişdir. Qısa müddətdə Hollandiyada məşhurlaşan lalə Kanadanın paytaxtı olan Ottavaya gətirilir və bütün dünyada məşhurlaşır.

Hazırda Anadoluda çoxlu lalə növü yetişdirilir. Bunlardan ən çox diqqət cəlb edəni “ağlayan gəlin” kimi tanınan “tərs lalə”dir. Dünya miqyasında 167 tərs lalə növü var; bunlardan 20-si endemik olmaqla 43 növü Türkiyədə qarşınıza çıxacaqdır.




Xəbər 4128 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +