Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


04.02.2022  15:18 

Sizdən qorxan, sizin kimi olsun!





A+  A-

Dünən məhkəməmiz oldu. “Prokurorluq: “Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb” xəbərinin feysbuk paylaşımına yazılan şərhi silmədiyimiz iddiasına görə. Baş Prokurorluq İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2 maddəsinə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi) görə "Azərmedia" MMC-nin cərimələnməsini tələb edirdi. Nəsimi rayon məhkəməsində Elməddin Hüseynovun sədrliyində proses baş tutdu.

Baş Prokurorluqdan iki nümayəndə gəlmişdi. Öncə Prokurorluğun nümayəndəsi çıxış elədi. Sonra mən çıxışımda iddianın hüququn təməl fəlsəfəsinə nə qədər zidd olduğunu izah etməyə çalışdım. Bir insan başqasının əməlinə görə cəzalana bilməz.

İkincisi sosial şəbəkələrdə onminlərlə paylaşımımızın olduğunu, milyonlarla istifadəçinin istədikləri vaxtda istədikləri paylaşıma şərh yaza bildiklərini, bunun fiziki olaraq nəzarətdə saxlanılmasının qeyri-mümkün olduğunu sadə dil ilə anlatdım. Üçüncüsü də, əgər Prokurorluğu narahat edən hər hansı bir şərh olubsa, (ki şərhi hələ də görməmişik) bizimlə əlaqə saxlayıb, şərhi qaldırmağımızı xahiş edə biləcəklərini ifadə etdim. Bir mənada, qız evində toydu, oğlan evinin xəbəri yoxdu kimi olub. Vəkilimiz çıxışında "Azərmedia" MMC-yə yazılı heç bir müraciət, ittihamnamə göndərilmədiyini, ittiham tərəfinə də heç nə verilmədiyini əsas gətirərək, müdafiəyə hazırlaşmaq üçün vaxt tələb etdi. Vəsatətlər qəbul olunmadı. Sonra yenə çıxışlar oldu. Mən də çıxışımda xarici media qurumlarında işləyən tanışların bu hadisəyə inana bilmədiklərini, hüquq sisteminin necə gülünc hala salındığını sadə dil ilə izah elədim. Hakim qərar vermək üçün təxminən 2 dəqiqəlik çıxdı və əlində kompüterdə yazılmış, A4 kağızla qayıtdı. Qərarı oxudu, "Azərmedia" MMC-nin 1500 AZN cərimə olunduğunu, 10 gün içərisində apellyasiyaya müraciət etmək hüququmuz olduğunu və s. bildirdi.

Son bir neçə gündə çox sayda vəkil təmənnasız bizə dəstək ola biləcəklərini ifadə ediblər. İstisnasız bütün vəkillər bu işdə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan əleyhinə qərar çıxacağını bildirirlər. Vəkillərin bildiyini yəqin ki, Baş Prokurorluq da, məhkəmə hakimləri də bilirlər. O zaman dövlətə qulluq etdiklərini iddia edən bu qədər insan niyə Azərbaycanı sabah təzminata məhkum edəcək bir qərara imza atırlar? Hüququ bu qədər çeynəmək kimə nə qazandırır? Bu ölkə bu qədər ucuz olmamalıdı. Azərbaycan şəxsi mənfəətlərə bu qədər alət olmamalıdı deyə düşünürəm.

İndi gələk əsas suala... Biz bu hadisəni niyə yaşadıq?

Dünən məhkəmədə hakim gəlmədən öncə Prokurorluqdan bizə zəng edən Hikmət Verdiyevə bir sual verdim. Dedim ki, siz 19 yanvarda öncə şirkətimizin bir təsisçisinə zəng etmisiniz, Anar Qaraxançallını soruşmusunuz, sonra saytın baş redaktoruna. Baş redaktor Hikmət bəylə danışanda bildirib ki, əgər “Yeniavaz.com”la əlaqəli nəsə məsələ varsa, cavabdehin özü olduğunu bildirib, amma qarşı tərəf israrla mənim nömrəmi istəyib. İndi görürük ki, məsələ “Yeni avaz”la əlaqəlidi, ən azı görüntüdə. Niyə israrla məni axtardığını soruşdum? Dedi təsisçi sizsiniz, dedim birinci zəng etdiyiniz şəxs də təsisçidi, sonra başını aşağı salıb, kağızlarla məşğul olmağa başladı, cavab vermədi.

Deməli, təxminən Prokurorluğa çağrılmadan 10 gün öncə ölkənin ən güclü məmurlarından birinin adından zəng gəldi. Bir xəbərlə əlaqəli idi. Xəbərin yalan olub olmadığını soruşdum, yalan olmadığını söylədi. Mən də əsassız xahişi yerinə yetirə bilməyəcəyimi ifadə etdim.

İndi düşünün, ölkədə Media İnkişaf Agentliyi ilə yanaşı, “Mediaya Cəza Mexanizmi” də mövcud imiş. Pirat saytlara pul mükafatı, həqiqəti söyləyənə pul cəzası...

Sizdən qorxan, sizin kimi olsun!

Anar QARAXANÇALLI

Xəbər 5057 dəfə oxunub.




25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +