Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


25.06.2021  18:42 

Ermənistandakı seçkilərin Cənubi Qafqazda sülh və sabitliyə səbəb olmasını istəyirik - Türkiyə XİN





A+  A-

“2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ilə biz bunu daha da irəli apardıq”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tanju Bilgiç deyib.

O bildirib ki, Türkiyə Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin Cənubi Qafqazda sülh və sabitliyə səbəb olmasını istəyir.

XİN rəsmisinin sözlərinə görə, regional layihələrdən kənarda qalmağın ən böyük zərərini Ermənistanın özü görüb.

“Ermənistanda formalaşacaq yeni hökumətin müsbət bir gündəm ələ almasını və regional əməkdaşlıqda yerini almasını arzu edirik. Türkiyə Prezidenti də Azərbaycana son səfərində bildirdi ki, yaxşı niyyət gördüyümüz təqdirdə biz də eyni şəkildə qarşılıq verəcəyik”, - deyə T. Bilgiç qeyd edib.

Xəbər 2168 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +