Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


04.05.2020  20:25 

Vergi ödəmələrinin vaxtı uzadıldı





A+  A-

Xüsusi karantin dövrü ilə əlaqədar (31 mart - 31 may) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddətinə dəyişikliklər edilib.
Bu barədə XəzərNews.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Belə ki, fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən ötən ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, bu ilin fevral və mart ayı üçün aylıq hesabatların və cari ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergilərin ödənilməsi müddəti mayın 5-nə qədərdir.

Bundan başqa, fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən ötən ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, bu ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və cari ilin I rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergilərin ödənilməsi müddəti mayın 31-nə qədər uzadılıb.

ƏTRAFLI
Snickers
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli 163 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti bu il mayın 31-i saat 00:00-dək uzadılıb.

Xəbər 1650 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +