Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


11.05.2018  20:41 

Nazir “Aqrolizinq”lə bağlı tapşırıq VERDİ





A+  A-

Bugün Kənd Təsərrüfatı Nazirliyində nazir İnam Kərimov və “Aqrolizinq” ASC -nin regional nümayəndəlklərinin iştirakı ilə toplantı keçirilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Toplantını açan İ.Kərimov fermerlərlə ən çox təmasda olan və onları dinləyən qurumun Aqrolizinq olduğunu diqqətə çatdırıb:

“Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır. Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir. Onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz “Aqrolizinq”in üzərinə düşür. “Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”.

Nazir bildirib ki, taxil biçini başlamazdan əvvəl bir sıra işlər görülməlidir:

““Aqrolizinq” ASC-nin qarşısına qoyulan əsas vəzifələr - mövcud texnikalar mövsumlə bağlı tam işlək vəziyyətə gətirilməli, taxıl yığımı səmərəli təşkil olunmalı, kombaynların dislokasiyası müəyyən edilməli, tarlada texnikalar sürtkü yağları və yanacaqla təmin olunmalıdır. Eyni zamanda, maliyyə nizam- intizamına, şəffaflığa və dövlət vəsaitinə ciddi nəzarət olunmalıdır”.

Xəbər 1802 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +