“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


15.12.2021  20:02 

Bu il TOYu olan məhşurlar...





A+  A-

2021-ci ilin son günlərini yaşayırıq. Geridə qoyduğumuz 1 ildə bir çox hadisələr yaşanıb. Şou-biznes üçün də bu il sakit ötüşməyib. Ayrılanlar az olsa da, evlənənlər çox olub.

2021-ci ildə ailə həyatı quran məşhurların siyahısı:

Aktyor Əmrah Dadaşov və aktrisa Asya Atakişiyeva noyabrın 15-də toy edib. Onlar bir neçə il əvvəl nişanlansa da, pandemiyaya görə toyları təxirə düşmüşdü.

Müğənni Sevda Yahyayeva ötən il nişanlandığı və nikah masasına oturduğu həkim-genetik Zakir Bayramovla oktyabrda dəbdəbəli toy edib.

Əməkdar artist Nigar Şabanova hərbçi sevgilisi Xəyyamla rəsmi nikaha girib. Cütlük hələ böyük toy etməyi düşünmür.

"Qurd" ləqəbi ilə tanınan reper Fərid Eminov və nişanlısı Leyla Məmmədova ilə evlənib. Cütlüyün toyu noyabrda baş tutub.

Model Rüstəm Cəbrayılov pandemiyaya görə təxirə düşən toyunu bu il gerçəkləşdirib. O, iyulda Aysel adlı xanımla evlənib.

Aparıcı Cavid Gül nişanlısı Nərgizlə pandemiyada nikah masasına otursa da, bu il dəbdəbəli toy edib.

Aktrisa Aydan Axundova həmkarı İbrahim Çingizlə nikah masasına oturub. Cütlük bir neçə il əvvəl nişanlanmış, pandemiyaya görə toyları təxirə düşüb.

Bu il nikah masasına oturanlar sırasında klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da yer alıb. Musiqiçi aktrisa Aysel İbrahimova ilə nikah masasına oturub. Bir müddət əvvəl cütlüyün oğlan övladı dünyaya gəlib.

Aparıcı Xanım Yadigarlı iyunun 10-da özünə toy edib.

Əməkdar artist Vəfa Zeynalova qızı Səbinəyə iyulun 19-da toy edib. Səbinə seçib-sevdiyi bəylə ailə qurub.

Aparıcı Fərid Rəsul da 2021-ci ildə toyu olanlar sırasındadır. O, Məleykə adlı xanımla ailə qurub.

Müğənni Nadir Qafarzadə isə bu il oğlu Loğmanı nişanlayıb. Loğman Əntiqə adlı xanımla ailə qurur. Cütlüyün toyu isə dekabrın 20-də olacaq.

Yunan-Roma güləşi üzrə Rio Olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev bu il subaylığın daşını atıb.

Əməkdar artist Nüşabə Ələsgərli bu il qızı Nigara toy edib. Nigar Türkiyə vətəndaşı Doğanla ailə qurub. Cütlük pandemiya ərəfəsində nikah kəsdirsə də, toylarını avqustda edə bilib./Axşam.az

Xəbər 3188 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +