Rusiyaya casusluq edənlər saxlanıldı
“Apple” “iPhone 19”u satışa çıxarmayacaq -Səbəb açıqlandı
Bu rayonlarda qaz olmayacaq
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
Bu universitetə 39 milyon vəsait ayrılacaq
Pezeşkian Azərbaycan dilində şeir oxudu -VİDEO
“BakuBus”dan dünənki video ilə bağlı - Açıqlama
Tanınmış aktrisa vəfat etdi -FOTO
Jurnalist bu ölkədə saxlanıldı -FOTO
Jurnalistlərin maşını dronla vuruldu: 2 ölü -FOTO


21.10.2025  11:52 

Prezidentlərin təkbətək görüşü olub





A+  A-

Bu gün Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.

XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyevi salamlayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib:

- Hörmətli İlham Heydər oğlu, Sizi Qazaxıstan Respublikasında rəsmi dövlət səfərində qəbul etmək mənim üçün böyük şərəf və məmnunluqdur. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir. Mübaliğəsiz əminliklə demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir.

Sizi ölkəmizdə salamlayıram.

Prezident İlham Əliyev deyib:

- Hörmətli Kasım-Jomart Kemeleviç, sağ olun.

Əvvəlcə qardaş Qazaxıstana dövlət səfərinə dəvətinizə, həmçinin qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istərdim. Azərbaycanın ünvanına söylədiyiniz xoş sözlərə görə sağ olun. Biz qardaş Qazaxıstan xalqına münasibətdə də eyni hissləri bölüşürük.

Həmçinin qardaş ölkənin Sizin rəhbərliyinizlə həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevinirik. Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik.

İkitərəfli münasibətlərimizə gəldikdə, Siz onların strateji, müttəfiqlik xarakterini qeyd etdiniz. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.

Bu gün bizim danışıqlarımız çərçivəsində Ali Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub. Biz gündəlikdəki geniş məsələləri bir daha nəzərdən keçirəcək və təbii ki, tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik.

Bir daha təşəkkür edirəm.

Prezident Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.

Xəbər 2422 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?


BÜTÜN XƏBƏRLƏR +