Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


10.08.2022  14:16 

“Oğlumun daxili orqanları para-paradır” - Qazi anası





A+  A-

8 avqust tarixində Milli Məclisin Lənkəran - Astara seçki dairəsi üzrə deputatı Ziyafət Əsgərov rayonda şəhid ailələri və qazilərlə görüş keçirib.

Deputatla görüş zamanı şəhid ailələri, qazilər və bəzi qazilərin ailə üzvləri iştirak edib.

Vətən müharibəsi qazisi Davud Bağırzadənin anası öz çıxışında hələ də övladınının haqqının verilmədiyini bildirib.

Övladını çətin şəraitdə, məhdud imkanlarla böyütdüyünü bildirən qazi anası oğlunun müalicəsi və sağlamlığının bərpası üçün köməklik edilməsini istəyib:
“Müharibə başlayanda oğlum könüllü ərizə yazıb cəbhəyə getdi. Dedi, anaların göz yaşına dözmək mümkün deyil. Döyüşlərdə şücaətinə görə 3 medal alıb, Füzuli və Hadrut istiqamətində vuruşub. Oğlumun əl-ayağı yerindədi, amma daxili orqanları para-paradır. Mənim uşağımın 1,90 boyu var, o mənim gözümün qabağında çabalayanda mən ana özümü öldürmək istəyirəm. Oğlumun əlilliklə bağlı müraciətinə imtina gəlib. Ağciyərinin pərdəsində 7 dənə qəlpəsi var. Qar yağanda mənim uşağım pəncərəni açıb yatırdı, o cür sağlam uşaq idi. Bağırsaqlarının yarısı yoxdu. Bu uşaq gedib öz canını verib. Siz buna niyə belə qiymət qoymursunuz? Mənim oğlum kimi minlərlə cavan getdi namusla-qeyrətlə vuruşdular. Mən vətənin azadlığı üçün övladımı vermişəm. Mən süpürgəçi işləyə-işləyə o uşağı böyütmüşəm, indi də müalicə edirəm. Mən anayam axı, özümə qəsd eləmək istəmişəm. Niyə bir nəfər gəlib mənim qapımı açmır? Demir ki, sən bu evin içində nə çəkirsən? Dövlətin məmurları niyə mənim uşaqlarıma yiyə durmurlar. Öz sağlam övladımı bu vəziyyətdə görmək ürəyimi yandırır. Vətən borcunu yerinə yetirmək hamımızın borcudur. Mən nə ev istəyirəm, nə pul istəyirəm. Təkcə mənim övladımın haqqını versinlər”./Yeniavaz.com



Xəbər 3529 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +