“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


08.10.2021  21:13 

Sərhəddə yenidən gərginlik artdı - Dağlarda döyüş





A+  A-

Çinlə Hindistan arasında sərhəddə yenidən gərginlik artıb. Hindistanın quru qoşunlar komandanı Manodj Naravanın sözlərinə görə, Çin sərhədboyu silahlı qüvvələrinin sayını yenidən artırıb. Söhbət 3.5 kilometr sərhəddən gedir.

Dehli cavab addımları haqqında düşünür. Hindistan sərhədin Himalay dağlarını əhatə edən hissəsinə əlavə qüvvələr göndərib. Pekin iddia edib ki, Hindistan hərbçilər sərhədin Çin hissəsinə keçiblər. Dehli bu iddiaları rədd edib.

Görəsən Çin-Hindistan sərhədindəki növbəti gərginlik nə ilə əlaqəlidir?

Bəzi ekspertlər son gərginliyi Əfqanıstandakı durumla əlaqələndirirlər. Məsələ burasındadır ki, Çin Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanla sıx əlaqələrə malikdir. Hindistan isə əksinə Taliban hərəkatını bölgə üçün təhlükə mənbəyi sayır. Dehlinin Əfqanıstanın dünyəvi hakimiyyəti ilə münasibətləri var idi, ancaq Taliban onları devirdi və bununla Hinddistan-Əfqanıstan münasibətləri donduruldu. Beləliklə, Çin Hindistana qarşı mübarizədə Talibanın simasında özünə yeni müttəfiq qazanmağa çalışır.

Ötən ilin iyun ayında Çin-Hindistan sərhədinin dağlıq hissəsində toqquşmalar baş vermiş, hər iki tərəf itkilərə məruz qalmışdı. Bundan sonra hər iki ölkə sərhəddəki qüvvələrinin sayını artırdılar. Hindistan Çindən çəkinmədiyini göstərdi və hindli rəsmilərin sözlərinə görə, onlar indi də hadisələrin istənilən istiqamətdə inkişafına hazırdılar.

Bir ara hər iki tərəf sərhəddəki gərginliyi azaltmaq məqsədilə qüvvələrini geri çəkdilər. Ancaq hazırda Çin sərhəddə yenidən qüvvə toplayır. Bu həm də onunla əlaqəlidir ki, Hindistan ABŞ-la sıx əlaqələr qurub. Bu Pekinin narazılığıan səbəb olub. Bugünlərdə Vaşinqtonda ABŞ, Hindistan, Avstraliya və Yaponiya liderlərinin görüşü keçirdilər. Bu dövlətlərin hər biri Çinin bölgədə artan rolundan narahat olduqlarından dördlü format əsasında əməkdaşlığa üstünlük veriblər. Çinin bu ölkələrdən təkcə Hindistanla quru sərhədi var. Ona görə də Çin Hindistanla sərhəddə qüvvələr toplamaqla həm bu ölkəyə, həm də Dehlinin tərəfdaşlarına xəbərdarlıq mesajı göndərdiyini düşünür.

Çin Hindistana qarşı hərbi həmlə həyata keçirərsə, Dehlinin müttəfiqlər kənarda qalmayacaqlar. Çin Hindistandakı səfiri Sun Veydun vasitəsilə Dehlini bu şəkildə xəbərdar edib: "Hindistanın qonşulara qarşı formalaşan bloklardan kənarda qalması məsləhətdir”. Aydındır ki, səfir Pekinin xəbərdarlığını Dehliyə çatdırıb. Ancaq Dehli tərəfdaşlarıyl formalaşdırdığı blokdan imtina etməyəcək.

Görünür, Dehli Pekinin "məsləhətini” nəzərə almadığına görə sərhədin Himalay istiqamətində Çin qüvvələrinin artımını müşahidə edir. Çinlə uzunmüddətli gərginlik Hindistanın maraqlarına cavab vermir. Çünki pandemiyanın Hindistan iqtisadiyyatına vurduğu zərər də nəzərə alınarsa, sərhədin möhkəmləndirilməsinə və ora yeni qüvvələrin cəlb edilməsinə kifayət qədər maliyyə lazım gələcək. Çinin ümidi də bunadır ki, Hindistanın müdafiə xərcləri artacaq və iqtisadiyyatında ciddi problemlər yaranacaq. Ancaq Hindistan bütün risqlərə rəğmən, Çinlə qarşıdurmadan çəkinmir.

Elxan Şahinoğlu
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri


Xəbər 3684 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +