Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


28.09.2023  12:25 

“Sülh quruculuğu prosesində medianın rolu” mövzusunda müzakirə keçirilib





A+  A-

“Sülh quruculuğu prosesində medianın rolu” mövzusunda müzakirələr keçirilib. Azərbaycan Mətbuat Şurasının konfrans zalında keçirilən tədbir Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Xəzərnews.az xəbər verir ki, Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq təşkilatlar münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında sülhün yaradılması üçün istifadə edilən alətlərdən biri kimi medianın rolunu önə çəkirlər: “Qeyd edirlər ki, müharibənin bitməsi, atəşkəs razılaşdırmasının imzalanması davamlı sülhün yaranması üçün kifayət etmir. Dayanıqlı sülhün əldə edilməsi üçün münaqişə tərəfi olmuş cəmiyyətlər sülhə hazırlanmalıdırlar. Bu prosesdə medianın roluna ciddi önəm verilir”.

Müşfiq Ələsgərli əlavə edib ki, 3 ay müddətində icra edilmiş layihə çərçivəsində medianın sülh quruculuğu prosesində iştirakını ehtiva edən beynəlxalq nəzəri fikirlər araşdırılaraq ümumiləşdirilb: “Mövzu üzrə ən müxtəlif mənbələri tədqiqata cəlb etdik. Zəruri hissələrini ümumiləşdirərək Azərbaycan dilinə çevirdik və məqalə halında dərc etdik. Mövzu üzrə 5 məqalə dərc etmişik. Onlayn informasiya resurslarında yerləşdirdiyimiz bu məqalələr hər kəs üçün əlçatandırlar”.

Müşfiq Ələsgərli qeyd edib ki, layihə çərçivəsində görülən işlərin 2-ci istiqaməti Ermənistan KİV-ləri üzərində monitorinqlərin aparılmasından ibarət olub: “Məqsədimiz Ermənistan mediasının sülh quruculuğu prosesində iştirak formasını araşdırmaqdan, onların fəaliyyətinin bu kontekstdə beynəlxalq standartlara uyğunluğunu müəyyənləşdirməkdən ibarət idi. 3 ay müddətində apardığımız fasiləsiz monitorinqlərin nəticələri göstərdi ki, Ermənistanın media ictimaiyyətinin sülhyaratma prosesində iştirakları beynəlxalq standartlara uyğun deyil. Əksinə, hətta onlar sülh prosesinin əleyhinə çalışırlar. Ermənistan mediasının fəaliyyətində sülhə yönəlik sistemli davranış görünmür. Bu ölkənin mediası öz cəmiyyətlərində qisasçılıq hissinin artırılmasında rol alır. Biz bütün bu faktları qeydə aldıq, hesabat formasında tərtib etdik və beynəlxalq media təşkilatlarına göndərdik. Həmçinin, Ermənistan mediasının qeyd edilən dövr üzrə fəaliyyətini əks etdirən məqalələr hazırlayaraq, Azərbaycanın onlayn media resurslarında yerləşdirdik. Marağı olan şəxslərin istifadəsi üçün əlçatandır”.



Xəbər 2354 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +