Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


06.05.2017  19:32 

Rövşənin qətli ilə bağlı daha bir - Gizli məqam





A+  A-

Rövşən Lənkəranskinin qətli Moskvada baş verən bazar müharibələri ilə birbaşa bağlı ola bilər.
XəzərNews.az lent.az-a istinadən xəbər verir ki, bu versiyanı Rusiyanın kriminal saytlarının biri irəli sürüb. Mötəbər mənbədən sayta daxil olan məlumata görə, “Çetıre sezona” meyvə-tərəvəz bazasından alver edən azərbaycanlılar bir müddət sonra əslən Qubadan olan Zarah İliyev və Qod Nisanovun sahibi olduğu “Fud Siti”yə kütləvi axın ediblər. Elə bütün söhbətlər də bundan sonra başlayıb.

Məlumata görə, məşhur “Pokrov” bazasının bağlanmasından sonra yəhudi əsilli iş adamları “Fud Siti”nin əsasını qoyaraq azərbaycanlıları məhz ora köçürmək istəyirdilər. Amma illərdir Moskva bazarında çalışan həmyerlilərimiz “Fud Siti”yə yox, Domodedovo rayonunda yerləşən və loqistik baxımdan daha əlverişli sayılan “Çetıre sezona”ya üz tutdular. Bunun bir səbəbi də, “Pokrov” bazasını işlədən Məhərrəm və Nuruş adlı şəxslərin məhz bu bazanı seçməsi idi.

Məhhərəm və Nuruş isə illərdir məhz Rövşən Lənkəranskin patronajlığı altında çalışırdılar. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın “krışalığını” məhz Rövşən edirdi. Saytın yazdığına görə, təkcə “Pokrov” bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarında çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. “Fud siti”nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.

Məlumatda deyilir ki, “Çetıre sezona”nın qara günləri Məhərrəm və Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başladı. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş “Fud siti” rəhbərliyi tərəfindən şirnikləndirilərək ora cəlb edildilər.

Amma Nuruş və Məhərrəmin bəxti bir məqamda gətirdi: Rövşən həmin ərəfədə qətlə yetirildi. Məlumata görə, Rövşənin qətlində məhz bu bazar münaqişəsinin böyük rolu olub. Hər halda bu da yen bir versiyadır.

Xəbər 1340 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +