Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


20.02.2025  16:45 

Demokrat senator Trampı ittiham etdi: Yalan danışır





A+  A-

Amerikalı demokrat siyasətçi, Senatın Büdcə Komitəsinin rəhbəri Berni Sanders Ağ Ev rəhbəri Donald Trampı yalan danışmaqda ittiham edib.

Xəzərnews.az xarici mediaya istinadla xəbər verir ki, müvafiq video fevralın 20-də onun YouTube kanalında yayımlanıb.

"Tramp Ukrayna prezidenti Zalenskini diktator adlandırdı, bu doğru deyil. Zelenski azad seçkidə səslərin 75%-ni qazandı və o, amansız müharibənin ortasında Trampdan daha yüksək reytinqə malikdir", - Sanders deyir.

Sanders qeyd edib ki, Tramp Avropa haqqında da yalan danışır, onu işğalçı ölkə Rusiyaya qarşı mübarizədə Ukraynaya zəif dəstək verməkdə ittiham edir, Avropa İttifaqının Kiyevə Vaşinqtondan üç dəfə az vəsait ayırdığı iddia edilir.

"Ancaq bu, başqa bir yalandır, Avropa əslində Ukraynaya ABŞ-dan daha çox yardım edib. Amma bu, təkcə Trampın yalan danışması deyil, onun ölkəmizi və əslində, dünyanı hara aparmaq istədiyi barədə dedikləridir. Tramp Vladimir Putinlə həmfikirdir", - demokrat senator hesab edir.

Onun sözlərinə görə, Tramp Rusiyada siyasi mübarizəni darmadağın edən, müxalif fikirləri sıxışdıran və oliqarxların köməyi ilə diktatura quran Putinin üsullarına “heyrandır”.

Sanders ABŞ vətəndaşlarını demokratiya uğrunda mübarizəyə çağırıb:

“Tariximizin bu kritik anında ümid edirəm ki, siyasi baxışlarından asılı olmayaraq hər bir amerikalı ayağa qalxaraq demokratiyaya “hə”, oliqarxiyaya yox, avtoritarizmə “yox” deyəcək”, - o, fikrini yekunlaşdırıb.

Xəbər 648 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +