Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


18.02.2022  19:18 

İTV plüralizm prinsipini pozub





A+  A-

Sosial mediadan diqqətimi cəlb etdi ki, ötən gün İTV-nin “Diqqət mərkəzi” verilişində TIR sürücülərinin etiraz aksiyası müzakirə olunub.

Qonaq qismində də yalnız Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev dəvət olunub. Hansı ki, etiraz edənlərin yük maşınlarının üzərinə yazdığı adlardan biri onun adı olub.

Yəni, bir tərəf, yük maşınlarının sürücüləri etirazı, haqlı və ya haqsız olmalaraından asılı olmayaraq 2-ci tərəfə DANX rəhbəri Anar Rzayevə qarşı yönəldib.

Amma qəribədir ki, İTV verilişə yalnız bir tərəfi, Anar Rzayevi dəvət edib.

Bu isə ictimai yayım haqqında qanunvericiliyin prinsiplərinin kobud surətdə pozulmasıdır. İctimai teleradio fəaliyyəti haqqında qanunda birmənalı olaraq plüralizm prinsipinə əməl edilməsinin vacibliyi qeyd edilib.
İTV-nin digər TV-lərdən əsas fərqi, mahiyyəti məhz bu prinsipdədir.

İTV üçün etiraz edənlərin, tərəflərin haqlı və haqsız olması deyil, bütün maraqlı tərəflərin mövqelərini cəmiyyətə təqdim etmək olmalıydı.
Əgər problem ictimai maraq kəsb edirsə, cəmiyyəti narahat edirsə onda plüralizm prinsipinə əməl olunmalı və maraqlı tərəflrə öz fikrilərini bildirməyə imkan yaradılmalıydı.

Qarşı tərəf olmadan təşkil edilən proqram isə təbii ki, ədalətsizdir. Baxıram ki, İTV-nin həmin verilişi ilə bağlı Facebook səhifəsindəki paylaşıma yazılan şərhlərin çoxusunda da məhz qarşı tərəf axtarılır.
Qarşı tərəfi və ya onların maraqlarını, cəmiyyətin maraqları əks etdirən tərəfi isə məhz İTV tapıb “Diqqət mərkəzinə” çıxarmalı, Anar müəllimin yanında oturtmalıydı.

Son zamanlar bir sıra baxımlı proqramları ilə diqqəti cəlb edən İTV-nin zaman-zaman, məhz bu verilişdə plüralizm prinsipini pozması çox təəssüfləndirici haldır.

Ümid edirəm İTV-nin Yayım Şurası, İTV rəhbərliyi verilişlərdə ictimai yayım prinsiplərinin qorunmasını təmin edə biləcək.

P.S. Ümid edirəm İTV bu axşam və ya ən yaxın verilişində bu problemlə bağlı digər tərəflərin də mövqeyini cəmiyyətə çatdırmaq üçün zəruri addımlar atacaq.

Osman Gündüz

Xəbər 8291 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +