Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxıb
Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video


30.07.2025  10:13 

Evdən qaçan qız sevgilisini bıçaqladı





A+  A-

Bakıda ailəsindən qaçan 18 yaşlı qız kirayədə yaşadığı evdə sevgilisini öldürməyə cəhd edib.

XəzərNews.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü Səbinə Eyvazova (soyad şərtidir) Qazax rayonundan Bakının Əhmədli qəsəbəsinə, valideynlərinin yanına gedib. Bir müddətdən sonra valideynləri onun spirtli içki qəbul etdiyini öyrənir və evdə mübahisə yaranır. Səbinə valideynləri ilə dalaşıb evdən çıxır. O, Bakıdakı mağazalardan birində satıcı işləməyə başlayır və burada Tural adlı şəxslə tanış olur. Səbinə bir neçə gün müxtəlif yerlərdə gecələsə də, sonradan kirayə ev tutmaq istəyir və buna görə Turaldan kömək istəyir. Tural onu Fərid adlı tanışı ilə görüşdürür və onun tək yaşadığını bildirir. Danışıq əsasında Fərid Səbinənin onunla qalmasına razılıq verir. Təxminən 20 gün Fəridlə bir otaqda gecələyən Səbinə onunla bir neçə dəfə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə də olur.

20 gün sonra Fərid və Səbinə evə içkili gəlir və yatırlar. Səbinə sərxoş olduğundan, yatarkən əynində olan bütün paltarlarını çıxarıb yatağa girir və yatır. Fərid də öz növbəsində yatağa uzanıb yatır.

Səhər yuxudan oyanan Səbinə əynində paltarlarının olmadığını görüb, bunu Fəridin soyundurduğunu zənn edir. O, evdə stolun üzərində olan bıçağı götürüb Fəridə ürək nahiyəsindən iki zərbə endirir. Ağrıya yuxudan oyanan Fərid bıçaqlandığını görüb dəhlizə qaçır və qonşuları köməyə çağırır. Səbinə isə paltarını geyinib hadisə yerindən qaçır.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səbinə Eyvazova saxlanılaraq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə Eyvazova 11 il 3 ay azadlıqdan məhrum edilib.

Xəbər 319 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +