Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO
“Ana Vətən” rəzaləti, yoxsa “siyasi partiya” adlı ailə təsərrüfatları...
Paşinyan: Azərbaycana tranzit məhdudiyyətlərini qaldırırıq


29.05.2024  17:41 

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı





A+  A-

Ənənəvi olaraq, sərfəli operator kimi tanınan “Nar” sosial layihələri ilə də cəmiyyətə töhfə verməyə davam edir. Bu layihələr sırasında inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülən jestdili.az elektron jest dili lüğəti xüsusi önəm daşıyır.

Xəzərnews.az xəbər verir ki, Nar”ın dəstəyi ilə ADA Universitetinin tələbələrinin bu ilin əvvəlində yenilədiyi saytda son üç ayın nəticələrinə əsasən istifadəçi sayı ikiqat artıb.

Daha bir statistik göstəricəyə görə isə saytda ən çox axtarılan ifadələr “salam”, “ata” və “ana” sözləridir. Sayta marağın artmasının səbəblərindən biri universitetin tələbələrinin təşəbbüsü ilə istifadəçi rahatlığını təmin etmək üçün saytın interfeysinin, dizaynının və axtarış sisteminin təkmilləşdirilməsi və bir çox digər funksiyalarla zənginləşdirilməsidir.

Layihənin digər tərəfdaşı olan “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verən resursun yalnız eşitmə və nitq məhdudiyyətli şəxslər üçün olmadığını bildirir:

“Dörd ildir, fəaliyyət göstərən jestdili.az saytına maraq gündən-günə artmaqdadır. Bu sayt təkcə nitq və eşitmə məhdudiyyətlilər üçün olmadığından hər kəs buradan tam ödənişsiz olaraq faydalana bilər. Hesab edirəm ki, biz bir-birimizi daha yaxşı anlamaqla məhdudiyyətləri aşa və inklüziv cəmiyyət qura bilərik”.

Qeyd edək ki, daim təkmilləşdirilən elektron lüğət hazırda 4000 sözün və 500 çox işlənən cümlələrin video izahını təqdim edir. 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək “Nar”ı ən yaxşı korporativ məsuliyyət nominasiyasında birinci yerə layiq görüb.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Xəbər 7874 dəfə oxunub.



27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür


BÜTÜN XƏBƏRLƏR +