Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


13.04.2023  13:07 

Avropa İttifaqı və Ermənistan Alma-Ata bəyənnaməsini təklif edir, bəs Azərbaycan...





A+  A-

Ermənistan Avropa İttifaqının Azərbaycanla 1991-ci il sərhədinə hörmətlə bağlı bəyanatını alqışlayır və qurumun təklif etdiyi kimi, silahlı qüvvələrin bu sərhəddən təhlükəsiz məsafəyə çıxarılması qərarını qəbul etməyə hazırdır.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasında bildirib.

“Hesab edirəm ki, bir gün əvvəl Avropa İttifaqı tərəfindən yayılan və 1991-ci il sərhəd xəttini vurğulayan mesaj çox vacibdir. Söhbət 1991-ci il dekabrın 21-də Alma - Ata bəyannaməsi ilə dövlət sərhədinə çevrilən Ermənistan SSR ilə Azərbaycan SSR arasında inzibati sərhəddən gedir. Bu sərhəd xəttinə riayət edilməlidir, bu, Aİ-nin bəyanatında qeyd olunub. Burada vəziyyətin sabitliyinin etibarlı təminatı kimi hər iki tərəfin Silahlı Qüvvələrinin bu sərhəddən təhlükəsiz məsafəyə çıxarılması vurğulanır. Ermənistan 1991-ci il Ermənistan-Azərbaycan sərhədinin bütün xətti boyunca belə bir tədbir görməyə hazırdır. 2021-ci ildən başlayaraq bununla bağlı hazır olduğumuzu bildiririk. Bu cür hərəkətlər Praqa dördtərəfli və Soçi üçtərəfli razılaşmalarının məntiqindən irəli gəlir”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, 21 dekabr 1991-ci ildə Alma-Ata şəhərində Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan MDB-yə qoşulmaq haqqında ümumi razılığa gəldi və “Alma-Ata bəyannaməsi” qəbul olundu.

“Alma - Ata bəyannaməsi”ni Azərbaycandan o zamankı prezident Ayaz Mütəllibov, Ermənistandan isə Levon Ter-Petrosyan imzalamışdı.

"Alma-Ata bəyannaməsi”ndə həmçinin, bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb.

Qeyd edək ki, 2022-ci il, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün sonunda bəyanat qəbul edilib.

Bəyanat Yelisey sarayının rəsmi saytında dərc edilib.

Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il "Alma-Ata bəyannaməsi"nə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Yusif
XəzərNews.az


Xəbər 1220 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı


BÜTÜN XƏBƏRLƏR +