Dekabr ayı qarlı, yağışlı, şaxtalı olacaq
Elçin Quliyev müavinini vitse-prezident qoydu
“Baksol yolu“nda yanğın başlayıb
Hikmət Hacıyev NATO Baş Qərargahını ziyarət edib
Ata Abdullayev azadlığa çıxmaq istədi, amma...
AYNA-ya yeni səlahiyyət verildi
Bulvar İdarəsinin 3 milyona yaxın vergi borcu var
2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib


22.03.2021  17:23 

Azərbaycan ən çox bu ölkələrdən məhsul idxal edib





A+  A-

Bu ilin yanvar ayında Azərbaycan ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,6 faizi Rusiyanın, 14,5 faizi Türkiyənin, 13,9 faizi Çinin, 11,5 faizi Almaniyanın, 5,7 faizi ABŞ-ın, 3,7 faizi Ukraynanın, 3,6 faizi İranın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İtaliyanın, 1,7 faizi Yaponiyanın, hər biri 1,5 faiz olmaqla Koreya, Polşa və Hindistanın, hər biri 1,3 faiz olmaqla Niderland və Fransanın, hər biri 1,2 faiz olmaqla Malayziya, Yamayka və Braziliyanın, 1,1 faizi Argentinanın, 1,0 faizi Belarusun, 12,5 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İdxalın 67,8 faizini avtomobil, 18,4 faizini dəmir yolu, 11,8 faizini hava, 1,6 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,4 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında mühüm məhsul növlərindən təzə meyvə idxalı 36,8 faiz, xam şəkər və şəkər 2,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları 6,3 faiz, kartof 10,8 faiz, təzə tərəvəz 4,9 dəfə, siqaretlər 1,7 dəfə, dərman vasitələri 2,1 dəfə artıb.

Bitki yağları idxalı isə 24,2 faiz, buğda 53,5 faiz, çay 46,8 faiz, mal əti 30,1 faiz, quş əti və onun əlavə məhsulları 61,0 faiz azalıb.

Xəbər 3402 dəfə oxunub.




28.11.2025  16:01 

AYNA-ya yeni səlahiyyət verildi

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi


BÜTÜN XƏBƏRLƏR +