Hikmət Hacıyev NATO Baş Qərargahını ziyarət edib
Ata Abdullayev azadlığa çıxmaq istədi, amma...
AYNA-ya yeni səlahiyyət verildi
Bulvar İdarəsinin 3 milyona yaxın vergi borcu var
2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib
Karenin işi məhkəməyə göndərildi
Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?


05.05.2018  16:34 

Nazirlik Çocuq Mərcanlı sakinlərinə dəstək verəcək





A+  A-

Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 5-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub. Nazir İnam Kərimov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib.
XəzərNews.az xəbər verir ki, Cocuq Mərcanlıya gələn İnam Kərimov kənd sakinləri ilə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinləyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq nazirliyin nümayəndələri, mütəxəssisləri fermerlərlə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar ilə görüşlər keçirir. “Dövlət başçısının tapşırığı ilə Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salınıb. Kəndin inkişafı üçün əsas istiqamətlərdən biri burada aqrar fəaliyyətin genişlənməsidir. Sakinlərin məşğulluğunun təmin edilməsi başlıca hədəflərimizdəndir. Bugünkü görüşümüzün məqsədi də sakinlərin qayğılarını dinləmək və fəaliyyətimizi buna uyğun qurmaqdır. Cocuq Mərcanlı sakinlərinə aqrar sahədə daim dəstək verib, qayğı göstərməliyik” - deyə, nazir bildirib.

İnam Kərimov Cocuq Mərcanlıda ayrılan pay torpaqlarının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların, həmçinin gübrə və toxumların Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əvəzsiz təmin ediləcəyini bildirib. Nazir qeyd edib ki, hazırda Cocuq Mərcanlıda 33 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı naziri rəhbərlik etdiyi qurumun nəinki səpin prosesində, həmçinin məhsul istehsalının bütün mərhələlərində, problemlərin həllində fermerlərin, kənd sakinlərinin yanında olacağını əlavə edib. Nazir bildirib ki, fermerlər həm texnika ilə təmin ediləcək, həm də onlara məhsuldarlığın artırılması üçün məsləhət xidməti göstəriləcək.

İnam Kərimov Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq həyata keçirilən qarğıdalı səpinində iştirak edib.

Xəbər 3345 dəfə oxunub.




28.11.2025  16:01 

AYNA-ya yeni səlahiyyət verildi

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi


BÜTÜN XƏBƏRLƏR +