Hikmət Hacıyev NATO Baş Qərargahını ziyarət edib
Ata Abdullayev azadlığa çıxmaq istədi, amma...
AYNA-ya yeni səlahiyyət verildi
Bulvar İdarəsinin 3 milyona yaxın vergi borcu var
2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib
Karenin işi məhkəməyə göndərildi
Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?


25.09.2017  09:07 

Turistlər üçün yenilik





A+  A-

Turizm sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycanın qonşu ölkələrlə birgə bir sıra yeni marşrutların yaradılması üzərinə iş gedir.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Azərbaycan mövcud rəqabətə baxmayaraq, bir sıra dövlətlərlə turizm sahəsində sıx təcrübə mübadiləsi aparır. Təcrübədən əlavə, ölkəyə turistlərin cəlb edilməsi məqsədilə qarşlıqlı sərfəli şəkildə olmaqla birgə turizm marşrutlarının yaradılması da planlaşdılır. Həmin planların bir hissəsi yaxın gələcəkdə gerçəkləşəcək:

"Biz artıq turizm sahəsində Türkiyə, Gürcüstanla sıx təcrübə mübadiləsi aparır. Təbii ki, turizm elə bir sahədir ki, burada böyük rəqabət var. Amma biz tutaq ki, Gürcüstanla rəqib ola-ola tərəşdaflıq da edirik. Məsələn, biz indi gürcülərlə birlikdə xüsusi marşrutlar üzərində işləyirik. Çalışırıq ki, Gürcüstana gələn xarici turistlər Laqodexi-Qax-Balakən-Qabələyə kimi gəlsinlər. Bu gürcülərə də sərf edir. Bu məqsədlə Azərbaycan tərəfi turistlər üçün rahat keçidi təmin etmək üçün sərhəd rejimini daha da liberallaşdıracaq. Biz istəyirik ki, turistlər sərhədi necə keçdiyini heç hiss etməsinlər.

Eləcə də, hazırda Dağıstanla və İranla ümumi marşrutların yaradılması üçün danışıqlar aparırıq. Məsələn, bizə gələn iranlılar Gürcüstana keçsin, Dağıstana gələnlər xaricilər "Düma marşrutu" ilə Azərbaycana gəlsin və ya Azərbaycana gələnlər Dağıstana getsin və s. Yəni ilk növbədə qonşu ölkələrlə bu sahədə sıx əməkdaşlıq etməyə çalışırıq.

Türkiyə ilə də bu münasibətlər var. Hazırda Türkiyə ilə Naxçıvan arasında birgə turizm marşrutunun yaradılması müzakirə edilir və yəqin ki, olacaq. Çünki bu, realdır. Daha bir layihə var ki, Türkiyənin şərqinə gələnlər Gürcüstana, oradan da Azərbaycana keçməklə Cənubi Qafqazın tam şərqinə gəlib çatsınlar. Bu məsələ bir az çətindir. Hələlik bununla bağlı müzakirələr gedir. Çünki 3 ölkəni əhatə etmək asan məsələ deyil".

Xəbər 3466 dəfə oxunub.




28.11.2025  16:01 

AYNA-ya yeni səlahiyyət verildi

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi


BÜTÜN XƏBƏRLƏR +