“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


04.05.2021  22:06 

“Yeni klinika”da iki aydır maaşlar verilmir





A+  A-

“Yeni klinika”da çalışan tibb işçiləri iki aydır ki, maaş ala bilmirlər.
XəzərNews.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin klinikada çalışan tibb işçiləri müraciət ediblər.

Onların sözlərinə görə, əmək haqlarının hansı səbəbdən verilmədiyi məlum deyil:

“İki aydır ki, maaş ala bilmirik. Hansı səbəbdən verilmədiyi, nə vaxt olacağı məlum deyil. Həmçinin maaşlarımızdan 500 manat pul kəsilib. Bayram günləri işə çıxmağımıza baxmayaraq, 10 günlük pulumuz hesablanmayıb. Rəhbərliyə etiraz etdikdə “kimə istəyirsiz şikayət edin. Xoşunuza gəlmir, işdən çıxın” deyilir”.

Yaranmış problemlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Qafqazinfo”ya bildirilib ki, Agentliyə vəsait ayrılmadığı üçün tibb işçilərinin əmək haqları verilməyib:

“Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir. Yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktik tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyə ayrıldıqdan sonra fevral və mart aylarının ödənişləri həyata keçiriləcək”.

Bayram günlərində işləyən tibb işçilərinin əmək haqlarının düzgün hesablanmamasına gəlincə isə, Agentlikdən bildirilib ki, hər hansı şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə və ya mühasibatlıq şöbələrinə müraciət edilməsi tövsiyə olunur: “Əgər verilən cavab şəxsi qane etməzsə, həmçinin Agentliyə müraciət edə bilər”.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır.

Xatırladaq ki, ötən ay "Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, koronaviruslu xəstələrin tibb müəssisəsinə yerləşdirilməsi müqabilində yaxınlarından rüşvət almaqda ittiham olunur.

Xəbər 2079 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +