“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


20.03.2022  10:52 

Bu DƏLƏDUZU tanıyın – Fotolar…





A+  A-

Azərbaycanda hər cür dələduz var, amma Davidov Taleh Vaqif oğlu kimisi çox azdır. Bu adam o qədər ağılsız dələduzdur ki, hər an həbs olunmaq təhlükəsini belə qulaqardına vurur.

Taleh Davidovun peşəsi başqalarına aid olan qəzalı maşınları çox ucuz qiymətə turbo.az, tap.az kimi saytlara yerləşdirərək diqqəti cəlb etmək və sonra da…

Və maraqlısı odur ki, özünə, arvadına, bacısına aid bank kartını maşını satacağı adama göndərərək “beh” qoydurur, sonra da rahatca aradan çıxır, müştəriyə verdiyi telefonlara isə cavab vermir. Başqa bir maraqlı məqam isə odur ki, Taleh Davidov şəxsiyyət vəsiqəsini belə aldadacağı müştərisinə göndərir!.

Təbii ki, bütün bunlar, qarşısındakı adamın – müştərinin yanında etibar qazanmaq üçün edilir.



Taleh Davidovun “toruna” düşən insanlardan biri də Hacı Əliyevdir (ad və soyad şərtidir). H.Əliyev XəzərNews.az-a bildirib ki, 19.03.2022-ci il tarxində özünə avtomobil almaq məqsədilə tap.az saytında axtarış edərkən bir maşın elanı diqqətini cəlb edib:

“VAZ” markalı, “Priora” modelli avtomobili almaq üçün elanda mövcud olan 055 286 07 69 mobil nömrəsi ilə əlaqə saxladım. Özünü Davidov Taleh Vaqif oğlu kimi təqdim edən şəxslə qiymətləşdik, sonra o məndən “beh” tələb etdi. Mən də beh qarşılığında şəxsiyyət vəsiqəsini, özünə aid bank kartını və maşının Texniki pasportunu istədim. O da 051 363 96 40 mobil nömrəsinin votçap sistemindən mənə şəxsiyyət vəsiqəsini, bank kartını və maşına aid Texniki pasportu göndərdi. Hətta əlavə olaraq qardaşı arvadına aid olan 4098 5844 5897 7095 (01/27) nömrəli əlavə kart nömrəsini də göndərdi. Mən də bütün bu sənədlərin qarşılığında inanmaya bilməzdim”.

H.Əliyev qeyd edir ki, Taleh Davidov ona bildirib ki, satdığı maşınla qəza törətdiyi üçün xərcə düşüb, pula ehtiyacı var, evində bir qəpik də pulu yoxdur, sabah da Novruz bayramı (söhbət 19 mart tarixində olub), evdə körpə balası var.

Belə olan halda H.Əliyev elə həmin gün Taleh Davidovun qardaşı arvadının deyil, öz adına olan bank kartına 200 manat beh göndərdib:

“Pulu göndərəndən sonra zəngləşdik, Taleh Davidov pulu aldığını maşının isə İsmayıllı rayonunun Təzəkənd kəndində olduğunu, özünün də orada yaşadığını bildirdi. Şəxsiyyət vəsiqəsi yeni nəsl olduğu üçün təəssüf ki, ünvanı müəyyənləşdirə bilmədim. Razılaşdıq ki, maşını Bakı şəhərinə özü gətirsin, sənədləşmə olsun. O məndən evakuator üçün də əlavə 150 manat pul istədi. Mən də cavabımda bildirdim ki, maşın gəlsin, evakuatorun pulunu burda ödəyəcəm”.



H.Əliyev qeyd edir ki, Taleh Davidov evakuator adı ilə ondan əlavə 150 manat da karta pul göndərməsini istəyib, lakin aldadıldığını hiss etdiyi üçün razılaşmayıb:

“Dərhal internet resurslardan və “GetKontakt” hesab sistemi ilə onun adını və mobil nömrələrini yoxladım, məlum oldu ki, Taleh Davidov dələduzun yekəsidir... Belə olan halda pulumu geri qaytarmasını tələb etdim, o, isə telefonunu söndürdü. Artıq bir neçə gündür zənglərimə cavab vermir”.

H.Əliyev qeyd edir ki, Taleh Davidov özünə aid olmayan qəzalı avtomobilləri ucuz qiymətə turbo.az, tap.az kimi saytlara yerləşdirərək insanlardan “beh” alır, sonra isə telefonunu bağlayır:

“Bu adamın dələduz olması barədə davamlı olaraq sosial şəbəklərdə və mətbuatda məlumatlar yayıram ki, başqaları da aldanmasın”.



Hacı Əliyev artıq bu barədə Azərbayсan Respublikasının Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edəcəyini bildirib:

“Məqsədim bu tip dələduzların cinayət məsuliyyətinə cəlb olunması və başqalarına ziyan vurmamasıdır”.

Yusif XƏZƏR


Xəbər 2538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +