“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


14.03.2022  15:02 

Rusiya-Ukrayna müharibəsi: Ağ Evlə Kreml Çin uğrunda yarışır – TƏHLİL





A+  A-

Böyük güclərin Rusiya-Ukrayna müharibəsindən yaxasını kənara çəkərək neytral mövqedə qalması müşkülə çevrilir: Onlar ya tərəf tutmalıdır, ya da ki, birbaşa müharibənin içərisinə atılmalıdır.

Rusiyanın Ukraynaya təcavüzü qlobal qütbləşməni bu dilemma qarşısında qoyur, indi strateji labirintdən necə çıxmaq lazımdır ki, həm çox mənfəət götürəsən, həm də özünü oda atmayasan?

Qlobal oyunçulardan Çin də belə strateji tərəddüdlə üz-üzədir, daha doğrusu, bu, “olum ya ölüm” seçimi də deyil, çünki Pekinin siyasəti ecazkar və gizlidir.

Ukraynada mərmilər partladıqca Çin uğrunda da beynəlxalq çəkişmə gedir – ABŞ Çini öz tərəfinə, Rusiya isə öz tərəfinə dartmaq uğrunda yarışır.

Təbii ki, Qərbin əsas ikilisinin – ABŞ və Britaniyanın – Çinə qarşı sərgilədiyi davakar ritorika Pekini Moskvanın orbitinə yaxınlaşdırır, amma indi situativ gedişatlar Çin üçün başqa səmti aktual edir.

Qərb mənbələrində Rusiyanın Ukraynadakı müharibədə itirdiyi texnikaları və darmadağın edilmiş hərbi texnikaları Çin vasitəsilə kompensasiya etmək barədə məlumatlar isə belə deməyə əsas verir ki, Pekinlə Moskvanın sövdələşməsi mövcuddur. Çin isə silah yardımı ilə bağlı iddiaları təkzib edir.

Bu isə Birləşmiş Ştatlarda dərin narahatlıq yaradır, o mənada ki, Vaşintqon silah yardımını Rusiyanın Ukraynanı məğlub etməsi üçün resursların səfərbər edilməsi kimi dəyərləndirir.

Ancaq London və Ağ Evin müharibədən öncəki vizyonu da bundan ibarət idi ki, Çinlə Rusiyanın müttəfiqliyi görüntüsünə nail olsun və sanksiyaların bir ucunu da Çinə aparıb çıxarsın.

Pekinin strateji dərinliyindəki beyinlər isə bunu hesablayırdı və elə strateji xətt tutdular ki, Çin maksimum dərəcədə “odda yanmaz, suda batmaz” statusunu saxlasın.

ABŞ-la Çin Romada keçiriləcək yüksək səviyyəli görüşə hazırlaşır, Vaşinqton Pekini inandırmağa çalışacaq ki, o, Rusiyaya silah yardımı etməsin (Görüş ABŞ Prezidenti Co Baydeninin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla çinli həmkarı Yanq Jieçi arasında baş tutacaq).

Çinin Ukrayna müharibəsi fonunda Rusiya ilə ABŞ-Britaniya ikilisi arasında manevr etməsi onda Vladimir Putinin blef etdiyinə dair fikirlərin olmasından irəli gəlir.

Bu yöndə yayılan informasiyanın kuliminasiyası ondan ibarətdir ki, Çin rəhbərliyi ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq Rusiya Prezidenti Vladimir Putinin blef etdiyi qənaətindədir və buna görə Ağ Evin tezisinə məhəl qoymayıb.

Çinin Rusiyaya silah tədarükü etmək fikrinin kökündə bu dayanır ki, Pekin müharibədə Rusiyanın xeyrinə dönüş yaratmaq sevdasına düşüb. Yəqin ki, bunun səbəbi belədir ki, Çin keçən müddət ərzində sanksiyaların xarakterini müəyyənləşdirərək kontur-tədbirlər planı hazırlayıb.

Roma görüşü sonrakı gedişatlar üçün açar olacaq, ABŞ-la Çin bir-birinin məxfi duruşunun hansı istiqamət alacağını anlamağa çalışacaq və Vaşinqton Pekini öz çevrəsinə çəkməyə çalışacaq.

Ağ Ev-Pekin “körpüsündə” nəticələrin hasil olacağını söyləmək də olmaz, bu görüş sadəcə hədəflərin təyini baxımından önəmə malikdir. Təbii ki, tərəflərdən heç biri digərinin qlobal üstünlüyə dair tezislərini böyük məmnuniyyətlə qəbul etməyəcək.

Aqşin Kərimov


Xəbər 1872 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +