“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


14.03.2022  10:14 

Suriyadakı “muzdlu fabriki”ni kim işlədir?





A+  A-

İkinci Qarabağ müharibəsi ərəfəsində Rusiyanın TACC Agentliyi Şimali Suriya kürdlərinə istinadən Azərbaycanın döyüşmək üçün yüksək muzd müqabilində yaraqlılar gətirəcəyi haqda xəbər yaymışdı (19.07.2020). O zaman bu barədə ayrıca yazı dərc etdiyimdən detallara varmadan xatırladım ki, yalanın məqsədi II Qarabağ müharibəsi zamanı bəlli oldu. Rusiya xarici kəşfiyyatının direktoru Sergey Narışkin Qarabağda “suriyalı muzdluların” olduğunu iddia etdi.

“Xarici kəşfiyyat xidməti Qarababdakı suriyalı döyüşçülər barədə dəqiq məlumatları Yaxın və Orta Şərq ölkələrinin tərəfdaş xidmətlərindən alıb” - deyə Narışkin bildirmişdi (06.10.2020, Kommersant ).

Azərbaycan tərəfi bu ittihama yetərincə əsaslandırmış cavablar versə də, mövzu uzun müddət rus, ardınca Qərb mediasının, daha çox isə İran mediasının və İranın müəyyən dairələrinin gündəmindən düşmədi.

Sonradan İran hökumətinə yaxın "İranian Diplomacy" jurnalı 44 günlük müharibədə xarici muzdluların iştirakı ilə bağlı araşdırma yazısında (01.04.2021) Qarabağ müharibəsində “təkfirçilərin varlığı”na dair iddiaları təkzib edirdi. İran diplomatiyasının veteranı, keçmiş nazir müavini və səfir Sadiq Xərrazi yazırdı ki, Azərbaycan əhalisinin sayı 10 milyondur, Ermənistanda isə yalnız 2 milyon əhali var və bunun da 65 faizi qadınlardır, ona görə də Azərbaycanın xaricdən əlavə canlı qüvvə cəlb etməsinə ehtiyac yoxdur.



Qeyd olunurdu ki, Azərbaycanda 150 mindən çox insan, o cümlədən Birinci Qarabağ müharibəsinin 3 min veteranı könüllü olaraq cəbhəyə getmək üçün müraciət etmişdi, Ermənistan tərəfdən isə savaşa Avropadan, Livandan olan ektremist erməni könüllülər və PKK üzvü kürdlərin qatıldığına dair sübutlar var. Erməni təbliğat maşını bu faktları ört-basdır etmək üçün Qərb, xüsusən Fransa, Rusiya, erməni, İran, hətta Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və digər ölkələrin mediasında müharibə vaxtı və sonrakı dövrdə psixoloji müharibəsini davam etdirərək guya təkfirçilərin Azərbaycan tərəfdən döyüşməsi ilə bağlı fon yaratmağa, bununla da, həm ermənilərin döyüşdə məğlubiyyətinə haqq qazandırmağa, həm də Azərbaycanı haqsız göstərməyə çalışırdı. Lakin Xərrazinin bu araşdırması nədənsə az sonra unuduldu, ittihamlar yenidən qızışıb gərginlik yaradan hadisələrə gətirib çıxartdı.

Bu dəfə yenə eyni nəşrdə İran xarici işlər nazirinin digər sabiq müavini Seyid Abbas Əraqçı Azərbaycan və İran arasında iki ay davam etmiş media müharibəsini təhlil edən məqalə ilə çıxış etdi (10.12.2021). O etiraf edirdi ki, İkinci Qarabağ müharibəsinin gedişi zamanı və sonralar İran tərəfi Azərbaycanı müharibədə öz ərazilərini azad etmək üçün təkfirçilər cəlb etməkdə suçlayarkən heç bir dəlilə malik olmayıb.



Azərbaycan kifayət qədər hərbi üstünlüyə malik olduğu və Rusiyanın islam terrorçuları ilə bağlı həssaslığını bildiyi üçün belə bir addım atmazdı. Ona görə də İran rəsmilərinin və mediasının apardığı kampaniya mənasız olub, İranın savaşdan sonra yaranmış əlverişli şəraitdə Azərbaycan Respublikası ilə daha yaxın olmaq, bərpa və investisiya layihələrində iştirak etmək şanslarına pis təsir göstərib. Əraqçı hesab edirdi ki, yanlış yönləndirmədə Rusiyanın da rolu ola bilərdi. Çünki Rusiya İran və Azərbaycanın daha da yaxınlaşmasında maraqlı deyil.

Rusiyanın iştirakı olmadan şərti olaraq "Cənubi Zəngəzur dəhlizi" adlandırılan nəqliyyat infrastrukturu anlaşması belə yönlədrimənin “İranın savaşdan sonra yaranmış əlverişli şəraitdə Azərbaycan Respublikası ilə daha yaxın olmaq, bərpa və investisiya layihlərində iştirak etmək şanslarına” qarşı ola bilməsi ehtimalına müəyyən haqlılılıq verir.

Təəssüf ki, yönləndirmə yalnız Azərbaycanla bağlı deyil. Suriyalı terroristlər mövzusu ötən ilin mart-aprel aylaırndan etibarın başqa kontekstdə - Ukrayna –Rusiya münasibətlərinin gərginləşməsi kontekstində yenidən dövriyyəyyə buraxılır. Suriyanın hakim rejiminə (dolaysı ilə Rusiya və İrana yaxın) "Al Watan" nəşri ötən ilin aprelində 7000 suriyalı döyüşçünün Donbasda döyüşə cəlb ediləcəyini iddia edirdu (07.04.2021).

İranın “Al-Alam” telekanalı isə mövzunu inkişaf etdirərək, muzdluların Krıma hücuma cəlb olacağını xəbər verirdi. Qəribə də olsa, həmin vaxt ABŞ-ın ərəbdilli “Alhurra” telekanalı da Suriya və İran nəşrlərinin dezinformasiyasını təkrarlamış, Ukraynaya qarşı ideoloji cəbhədə yer almışdı. Məsələnin pis tərəfi o idi ki, hər dəfə mövzu gündəmə gətiriləndə həmin muzdluların Azərbaycanda Dağlıq Qarabağın geri qaytarılması məqsədilə aparılan əməliyytalarda iştirak etdikləri haqda Narışkinin nağılları təkrar-təkrar vurğulanırdı.



Şuşa bəyannaməsindən sonra yalan şəbəkəsi yenidən işə başlayır. Londonda dərc olunan “İlaf” qəzetinin saytı cəmi 50 izləyicisi olan Orta Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin FB səhifəsinə istinadən Suriyada döyüşən “Hüseyn Azəri” haqqında məlumat yayır. İddia olunur ki, Hüseyn Azəri adlı azərbaycanlı "Heyət Təhrir əş-Şam"ın qolu olan "Liva əl-muhacirin vəl-ənsar"ın maliyyə bossu və idarəedicisidir, həm də Azərbaycanda müəyyən strukturlarından təlimatlanır.

“İlaf” əlavə edirdi ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi Azərbaycanda türk hərbi bazasının yaradılmasını mümkün edir və bu, Rusiyanı qıcıqlandırıb. Ərəb dünyasının aparıcı telekanallarından olan “Alarabiya”nın saytında isə xəbər “Məxfi yazışma ifşa edir-İdlibdə Azərbaycan kəşfiyyatı fəaliyyət göstərir” başlığı ilə təqdim edilmişdi. Bildirilirdi ki, Suriya müxalifətinin sonuncu dayağı olan İdlibdə çoxsaylı təşkilatların olması mübahisələr doğurur. Daha sonra “Alarabiya” Baqdasarovun rəhbərlik etdiyi mərkəzin dezinformasiyanı təkrar edirdi. Xəbər İranın İSNA, "Khabarfarsi", "Didarnews" kimi bir neçə agentliyi və xəbər portalı tərəfindən də tirajlandı.

Amma apardığımız qısa araşdırma ilə müəyyən edə bilmişdik ki, xəbərin mənbəyi Baqdasarovun da mərkəzi deyil, erməni xüsusi xidmətlərinə yaxın "Armenian Military Portal" teleqram kanalı imiş. Xəbər burdan Baqdasarovun mərkəzinin ərəbcə FB səhifəsinə ötürülmüş, ordan Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik” Agentliyinin ərə redaksiyası tərəfindən götürülərək tirajlanmış, bundan sonra qeyd etyimiz ərəb və İran nəşrlərinə, hətta bir italyandilli nəşrin də diqqətinə düşmüşdü.



Beləliklə, Azərbaycan əleyhinə informasiya müharibəsinin növbəti xüsusi dalğasının başladılmışdı və Tovuz hadisələri və İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi bu kampaniya da Azərbaycanın adının Suriyadakı terror təşkilatları ilə hallandırımaqla aparılırdı. O zaman olduğu kimi xəbərin yayıcısı qismində Rusiyanın erməni əsilli vətəndaşlarının rəhbərlik etdiyi qurumlar (Sputnik Agentliyi, Orta Şərq və Orta Asiya Araşdırmaları Mərkəzi) çıxış edirdi. Xəbər ərəb və İran auditoriyası üçün həssas olduğundan “ötürmə” farsdilli və ərəbdilli nəşrlər tərəfindən dərhal diqqətə alınır və yayılırdı. Belə mexanizm diqqəti dezinformasiyanın yayılmasının arxasındakı əsl qüvvədən – Rusiyanın bəlli çevrələrindən yayındırmağa kömək edir.

Bir ay sonra Əfqanıstandan amerikan qoşunlarının çıxması elan ediləndə suriyalı muzdlular mövzusu yenidən aktuallaşdırılır. Bu dəfə Londondan yayımlanan “Al-Arab” nəşri “suriyalıların Türkiyə tərəfindən Əfqanstanda döyüşə cəlb edilcəyini proqnozlaşdırır. İddia edilir ki, “Dağlıq Qarbağdakı cəlb etmə metodundan fərqli olaraq” bu dəfə suriyalılar özəl təhlükəsizlik şirkətinin əməkdaşı kimi aparılacaqlar
(08.07.2021.) Sezmək çətin deyil ki, xəbər Rusiyanın belə fəaliyyətlə məşğul olan Vaqner qrupunun tək olmadığını sübut etməyə hesablanmışdı.

Əsas xəbər mənbəyi kimi Suriya insan hüquqları rəsədxanası deyilən mərkəzə istinad edilirdi. Xatırladaq ki, həmin mərkəz II Qarabağ müharibəsi vaxtı Suriyada Erməni tərəfinin kürd, xristian və Əsəd tərəfdarı olan ərəb əhalisi arasında muzdlu döyüşçü yığması haqda da məlumat yaymışdı, amma nədənsə bu xəbər rus, İran və Qərb mediasının üstündən sükutla keçmişdi.

Nə, Krımda nə də Əfqanıstanda həmin vaxt müharibə başlamadığından “muzdlu” mövzusu bir müddətə rəfə qaldırılır. Amma mövzu qəfildən bu il martın 9-da rəfdən endirilir.

"RİA Novosti" agentliyi Suriya müxalifətindəki mənbəyə istinadən yazır ki, Türkiyə 2020-ci ildə Ermənistanla münaqişədə iştirakdan sonra Dağlıq Qarabağda qalan suriyalı yaraqlıları Ukraynaya döyüşməyə göndərib. Həm də demə, “Qarabağda müharibədən sonra yaraqlıların əksəriyyəti orada qalıbmış. Türkiyə Ukrayna ordusunun tərəfində münaqişədə iştirak etmək üçün Suriya və digər ölkələrdən olan yaraqlıların bir hissəsini Qarabağdan Ukraynaya göndərib". Amma xəbər təsdiqlənmir və bu dəfə ərəb mediası mövzuya daha həssas, daha neytral yanaşır. "Al Quds al Arabi" nəşri Suriya Milli ordusuna( müxalif hərbi birləşmə) istinadən xəbəri təkzib edir. Mənbə əksinə Rusiyanın artıq Suriyadan topladığl 500 muzdlunu Ukraynaya göndərildiyini, Suriyanın Miili Müdafiə qüvvlərinin komandanı Saymon Əl Vəkilin bu məqsədlə Rusiyaya səfər etdiyini bildirir. Həm də qeyd edilirdi ki, ruslar xəsislik edərək kasıb suriyalıları ucuz qiymətə -200 dollar aylıq müqabilində qırğına verirlər.



Bundan az sonra Vladimir Putin Ukraynanın işğalına suriyalı muzdlular cəlb olunduğunu təsdiqləyir. Rusiya Təhlükəsizlik Şurasının iclasında o, 16 min suriyalının Ukraynaya qarşı döyüşmək istədiyini "müjdələyir" .

Bu arada xaricdə youtuber fəaliyyəti ilə məşğul olan bəzi vətəndaşlarımız məsələni Rusiyanın üzərindən yayındırmaq məqsədləri varmış kimi davranır, mövzunu zorla Azərbaycana bağlamağa çalışırlar. Ola bilsin ki, onlara xüsusi pas ötürənlər də yox deyil.

Cəmaləddin Quliyev

Xəbər 1720 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +