Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


22.10.2021  15:28 

“Azərtütün” özəlləşdirilməyə çıxarıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Xidməti “Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.

XezerNews.az xəbər verir ki, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 17 milyon 281 min 464 manat olan 8 milyon 640 min 732 səhmi satışa çıxarılıb.

Müəssisənin 1 milyon 644 min 616 manat öhdəlikləri və 63 min 360 manat debitor borcları var.

Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

Müsabiqə qalibi Səhmdar Cəmiyyətin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 6 milyon 300 min manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.

İnvestisiya müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində ASC-nin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://bit.ly/3lICGrF link vasitəsilə tanış olmaq olar.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 2021-ci il noyabrın 17-dək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaq.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 2021-ci il noyabrın 18-i saat 11:30-dan başlayaraq həyata keçiriləcək.

Xəbər 1493 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +