Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


05.12.2020  16:09 

İranın sabiq vitse-prezidenti həbs edildi





A+  A-

İranın ailə və qadın məsələləri üzrə sabiq vitse-prezidenti Şəhindoxt Mollaverdinin həbs olunmasına qərar verilib.
XəzərNews.az-ın məlumatına görə, İranın Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci filialının qərarına əsasən, sabiq vitse-prezident 2,6 azadlıqdan məhrum edilib.

Sabiq vitse-prezident vəzifədə çalışarkən məlumatları və sənədləri başqalarına ötürmək ittihamı ilə 2 il, İran İslam Respublikası dövləti əleyhinə təbliğat fəaliyyəti aparmaq ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib.

İranın vitse-prezidentinin verilən qərarla bağlı apelyasiya şikayəti verəcəyi bildirilir.

Qeyd edək ki, Şəhindoxt Mollaverdi 2013-2017-ci illərdə İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti və 2017-2018-ci illərdə İran prezidentinin vətəndaşlıq hüququ məsələləri üzrə xüsusi köməkçisi vəzifəsində işləyib.

Xəbər 1582 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +