Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


04.12.2020  18:36 

Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər





A+  A-

Erməni diplomatlar Baş nazir Nikol Paşinyan və Ermənistan hökumətinin istefasını tələb edən birgə bəyanat yayıblar.
XəzərNews.az “Spuntik Ermənistan”a istinadən xəbər verir ki, diplomatlar qeyd ediblər ki, hakimiyyətin yürütdüyü uzaqgörən olmayan xarici siyasət ölkəni ciddi problemlər qarşısında qoyub. Onların fikrincə, Rusiya ilə müttəfiqlik münasibətlərinə lazımi diqqət verilməyib, İran, Çin, Gürcüstan ilə tərəfdaşlıqlar, eləcə də ABŞ, Avropa və digər sahələrdə çoxşaxəli əlaqələr fəal şəkildə inkişaf etdirilməyib. Onların fikrincə, bütün bu amillər birlikdə 9 noyabr tarixində kapitulyasiya aktının imzalanmasına səbəb olub.

Eyni zamanda, keçmiş səfirlər və xüsusi elçilər imzalanan sənəddə xüsusilə Dağlıq Qarabağın vəziyyəti, ərazilər, rabitə blokadası, əsir və girov götürülənlər, ölənlərin cəsədlərinin mübadiləsi, habelə məcburi köçkünlərin və qaçqınların geri qaytarılması ilə bağlı bir çox sualın cavablanmadığını bildiriblər.

Xəbər 1641 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +