Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


03.08.2020  16:38 

Kiyevdə terrorçu bankı ələ keçirdi





A+  A-

Naməlum şəxs Kiyev şəhərinin mərkəzində yerləşən bir banka daxil olaraq özünü partlatmaqla hədələyib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko açıqlama verib. Onun sözlərinə görə, həmin şəxs Özbəkistan vətəndaşıdır.

“Avqustun 3-də, saat 12:00-da “Universal Bank” şirkətinin nümayəndəsinin polisə zəng edərək verdiyi məlumata görə, 35 yaşına çatmamış naməlum bir şəxs ofisə girərərk kürək çantasında bomba olduğunu bildirib və polisə zəng edilməsini tələb edib. Bank əməkdaşları binanı tərk ediblər və şöbə müdiri isə öz istəyi ilə bankda qalıb. Polis əməkdaşları terrorçu ilə danışıqlara başlayıb”,- deyə Qeraşenko öz feysbuk hesabında bildirib.

Bundan əlavə, sözügedən şəxs canlı yayıma çıxış imkanının verilməsini tələb edib.

Xəbər 1423 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +