“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


27.11.2019  10:48 

“Yazırlar ki, pulun var, özünü dəyişdirirsən”





A+  A-

Müğənni Günel Zeynalova estetik etdirməsi barədə yayılan məlumatlara reaksiya verib.
XəzərNews.az xəbər verir ki, sənətçi instaqram səhifəsində video açıqlama verərək təkcə burun və dodağına plastik müdaxilə etdirdiyini qeyd edib.

Günel bildirib ki, xarici görünüşündə dəyişiklik çəki atdığına görədir: “12 yaşımda çəkilən fotomla indiki halımı yan-yana qoyursuz. Uşaqlıq fotolarınızı açıb baxın, özünüzü bəyənməyəcəksiz. Mən özümü bəyənirəm. Xəbər yazanda da hər şeyi araşdırın.

Hər bir xanım kimi mən də plastik əməliyyat etdirdim. Burnumu və üst dodağımı düzəltdirmişəm.Başqa heç nə etdirməmişəm. Gedin, hansı həkimdən istəyirsizsə, soruşun. İndi bütün bədənini plastik əməliyyat etdirən və etdirməyən xanımlar var, onlara hörmət edirəm.

Amma 1999-cu ildə 55 kiloqram idim. İndi çəkim 44 və 45 arasında dəyişir. Arıqlayan insanın üzündə ət qalmır. İnsan arıqlayanda daha yaxşı görünür. 34 yaşım var, bunu deməkdən də çəkinmirəm. Sizin dərdiniz estetik etdirməyimdir? Hələ yazırlar ki, pulun var, dəyişdirirsən özünü”.

Xəbər 1427 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +