“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


25.11.2019  15:43 

İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi - Yanvardan olmayacaq





A+  A-

2020-ci ildə ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiq olunması gözlənilsə də, məlum olub ki, sistem ölkə ərazisində mərhələli şəkildə tətbiq ediləcək.
XzəərNews.az xəbər verir ki, ötən həftənin altıncı günü Milli Məclisin Səhiyyə Komitəsinin iclasında bu barədə İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib. O təklif edib ki, İcbari tibbi sığorta yanvarın 1-dən etibarən Azərbaycanın şimal bölgəsində başlansın:

“Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt rayonları da qoşulacaq. Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararlana biləcək" .

Agentlik sədrinin vaxtın dəyişməsi ilə bağlı verdiyi bu açıqlama sosial şəbəkələrdə müəyyən suallar yaradıb və müzakirə edilib. Bildirilib ki, uzun zamandır tibbi sığortanın bütün ölkədə yanvarın 1-dən tətbiq ediləciyi gözlənilirdi.

Məsələ ilə bağlı Parlamentin Səhiyyə Komitəsinin üzvü, deputat Musa Quliyev “Qafqazinfo”ya açıqlama verib.

O qeyd edib ki, 1 il ərzində icbari tibbi sığorta mərhələli şəkildə bütün ölkə üzrə tətbiq olunacaq:

“Mərhələli əslində şərti sözdür, il ərzində sığorta tətbiq olunacaq. Bunun tətbiqi üçün ölkə dörd bölgəyə bölünüb.

Nə üçün belə edilməsinin səbəbləri var. Səbəblərin birincisi kadr məsələləri ilə bağlıdır. İnformasiya təminatının qurulması və büdcədən maliyyənin ayrılması da bu səbəblərə daxildir. Bütün ölkələr bu sistemə belə keçiblər. Hamının birdən-birə keçməsi problemlər yarada bilər. Ancaq 1 il ərzində bütün ölkə ərazisi İcbari Tibbi Sığorta ilə təmin olunacaq.

Mərhələli şəkildə keçənlər də yanvarın 1-dən xidmət ala biləcəklər. Amma dövlət büdcəsindən alacaqlar. Heç kim xidmətdən kənarda qalmayacaq və cibindən pul ödəməyəcək. Tətbiq məsələsi region-region həyata keçiriləcək”.

Deputat həmçinin vurğulayıb ki, İcbari Tibbi Sığorta sistemində daha baza və əlavə xidmətlər zərfi adlanan hissə olmayacaq:

“Sistemdə tam xidmətlər zərfi olacaq. Dövlət büdcəsindən çalışan təşkilatlar əməkhaqqının 2 faizini, qalan 2 faizini işəgötürən, qeyri-dövlət və neft sektorunda çalışanlar 1 il ərzində 1 faiz, 2-ci il isə 2 faiz sığorta haqqı ödəyəcəklər. İşləməyən, öz işi ilə məşğul olan fiziki şəxslər, vergi uçotunda olmayan şəxslər, kənd yerində yaşayan şəxslərin sığorta haqqı dövlət büdcəsindən ödəniləcək”

Dərmanların ambulatorda pulsuz olmasına gəlincə isə deputat vurğulayıb ki, ilk olaraq stasionarda dərman təminatı pulsuz olacaq:

“Ambulator şəraitdə dərmanların pulsuz təminatı hələ ki, olmayacaq. Bunun üçün müəyyən qədər İcbari Tibbi Sığorta Fonduna pul yığılmalıdr. Hələ biz ödəmələri etməmişik”.

Onun sözlərinə görə, xidmətlər zərfində 2000-ə yaxın xidmət var:

“Mən hesab edirəm ki, bu, başlanğıc üçün yaxşıdır. Bura açıq ürək əməliyyatları, stend qoyma, böyük həcmli cərrahi əməliyyatlar daxil edilib. Növbəlilik qaydasında orqan transplantisayı da bura daxil ediləcək”.

Xəbər 1376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +