Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


28.10.2019  10:16 

Bakı metrosundakı dəhşətli faciədən 24 il ötür





A+  A-

1995-ci il oktyabr ayının 28-də Bakı metropoliteninin «Ulduz» stansiyasından «Nərimanov» stansiyası istiqamətində hərəkət edən qatarda baş vermiş dəhşətli yanğın hadisəsindən 24 il ötür.
XəzərNews.az-ın məlumatına görə, həmin hadisə itkilərinin sayına görə (289 nəfər həlak olub, 270 nəfər xəsarət alıb) dünya metropolitenləri tarixinin ən dəhşətli faciəsi hesab edilir.

Qəza zamanı insanların xilas edilməsində, təxliyəsində «Ulduz» stansiyasının, həmin sahədə təsərrüfatı olan xidmətlərin işçilərinin, həmçinin hadisə yerindəki sərnişinlər arasında xüsusi fədakarlıq göstərənlər, öz köməyini təklif edənlər az olmayıb.

Onlar arasında bir zabit və hərbi geyimli bir neçə yeniyetmə daha çox insanın nicat tapmasına çalışıblar. Həmin cavan zabit – Çingiz Babayev, hərbi geyimdə olanlar isə məktəbin kursantları - 15 yaşlı Nicat Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan İsayevlə Samir Məmmədov olublar. Hadisədən bir həftə sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə, ölümlərindən sonra, Çingiz Babayev Milli Qəhrəman adı, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov «İgidliyə görə» medalı ilə təltif olunublar.

Bildirildi ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin adını əbədiləşdirmək üçün metronun «Ulduz» stansiyası ilə yanaşı, C.Naxçıvanski adına hərbi liseydə büstü qoyulub, ali təhsil aldığı Azərbaycan Texniki Universitetinə və yaşadığı binaya xatirə lövhəsi vurulub.

1995-ci il oktyabr ayının 28-də Bakı metropoliteninin «Ulduz» stansiyasından «Nərimanov» stansiyası istiqamətində baş vermiş hadisə ən dəhşətli metro qəzası kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Xəbər 1653 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +