Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


20.04.2018  10:55 

Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər





A+  A-

Almaniyada yaşayan azərbaycanlı iş adamının bank hesabına yanlışlıqla 128 milyon avrodan artıq pul köçürülüb. Bir müddətdən sonra ölkə prokurorluğundan həmin iş adamına zəng olunub və ondan “hesabınıza səhvən bu qədər pul məbləği keçirilib, nə etmək fikrindəsiniz?” soruşulub.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan biznesmen də öz növbəsində məsələdən məlumatlı olduğunu bildirib. Vəsaitin ona məxsus olmadığı üçün geri qaytaracağını vurğulayıb.

Təxminən, yarım saatdan sonra yanlışlığa yol verən bankın qarşısına gedən soydaşımız maraqlı mənzərə ilə qarşılaşıb. İş adamının sözlərinə görə, o banka vardığında yüzə qədər alman ora cəm olunmuşdu. Həmin almanlar bank işçisinin yol verdiyi yanlışlıqdan sonra pulları azərbaycanlının hesabına köçürülən şəxslər olub.

Azərbaycanlı iş adamı hətta onu görən vaxt bəzilərinin təşəkkür naminə əlindən öpdüyünü, ona ürəkdən minnətdarlıq edənlərin də olduğunu bildirib:

“Hələ pulu geri qaytarmamış məndən hansı ölkədən olduğumu soruşdular. Baxdım ki, Azərbaycan barəsində bir çoxu məlumatlı deyil. Bildirdim ki, Azərbaycan çox inkişaf etmiş bir ölkədir. Orada düzgünlük, qanunlar o şəkildə işləyir ki, bu məsələlərdə heç bir problem olmur. Onlar mənə ehtiramlarını bildirdilər”.

Hadisə aprelin 19-da baş verib. Olay Almaniya mediasında da maraqla qarşılanıb. Mediada həmyerlimizin pulu qaytarmamaq səlahiyyəti olduğu halda, atdığı bu addım alqışlanıb.

Qeyd edək ki, əslən Ağdamdan olan iş adamının adı sayta məlum olsa da, açıqlamayıb.


Xəbər 2348 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +