Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


10.09.2017  10:36 

Azərbaycanda həbsxanada atışma - 19 yaşlı əsgər yaralandı





A+  A-

Salyanda silahlı insident qeydə alınıb.
XəzərNews.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yenikənd kəndindəki 5 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Həmin müəssisədə xidmət edən Ağstafa sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu odlu silahdan açılan atəş nəticəsində güllə yarası alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, insident yaralı ilə xidmət yoldaşı arasında mübahisə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün səhər saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunun Yenikənd kəndində yerləşən, el arasında “Xələc türməsi” adı ilə tanınan 5 saylı cəzaçəkmə müəssisəsinin mühafizə xidmətində qulluq edən əsgər, 1998-ci ildə anadan olmuş Əyyublu Əyyam Mamay oğlu qarın boşluğundan aldığı güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Virtualaz.org saytının məlumatına görə, hazırda əsgərin üzərində cərrahiyyə əməliyyatı aparılır. Hələlik hadisənin hansı şəraitdə baş verməsi barədə rəsmi açıqlama verilməyib.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbər 1193 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +