Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


27.04.2020  14:19 

ABŞ İrana qarşı silah embarqosunu uzadacaq





A+  A-

ABŞ dövlət katibi Mayk Pompeo İrana qarşı silah embarqosunun uzadılması və ya sərt sanksiyaların yenilənməsi planı üzərində işləyir.
XəzərNews.az xəbər verir ki, bu barədə “The New- York Times” nəşri ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası rəsmi Tehrana silah tədarükü ilə bağlı tətbiq olunan embarqonu uzatmaqdan imtina edərsə, dövlət katibi bu yolu tutmağı planlaşdırır.

Mənbənin məlumatına görə, Rusiya və Çin embarqonun yenilənməsi qərarına veto verə bilər. Buna cavab olaraq Vaşinqton Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı razılaşmadan rəsmi iştirakını geri çəkəcək və bundan sonra İranı razılaşmanı pozmaqda ittiham edəcək. Bundan sonra isə ABŞ hakimiyyəti İrana qarşı sanksiyaları daha da sərtləşdirməyi planlaşdırır.

“Biz altı ay ərzində İran İslam Respublikasının silah almasına icazə verə bilmərik. Keçmiş Prezident Barak Obama heç vaxt BMT-nin embarqosunun dayandırılmasına razı olmamalı idi. Silah embarqosunun BMT Təhlükəsizlik Şurasında qalmasını təmin etmək üçün bütün diplomatik imkanlarımızdan istifadə etməyə hazırıq”,- deyə Pompeo bildirib.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı silah embarqosunun qeyri-müəyyən müddətə uzadılması ilə bağlı verdiyi qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinə Amerikanın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk tərəfindən təqdim edilib.

Xəbər 2954 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +