Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir
Rusiya ordusu Xarkovu vurdu, yaralılar var
Hollandiyadan Ukraynaya 3,5 milyardlıq yardım...
Milli Məclisin iclasında 14 məsələyə baxılacaq
Vəzifəli şəxsin qardaşını öz oğlü öldürübmüş
“Otdıx”da yoxlama, ciddi nöqsanlar var
Beyləqanda zəhərlənmə... - Spirtdən
Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?


22.10.2021  16:08 

“Təzə bazar”da nöqsanlar aşkarlanıb - Yoxlama





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

XezerNews.az AQTA-ya istinadən xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən, hüquqi şəxs “Ticarət Mərkəzi” MMC-yə məxsus “Təzə bazar” adlanan ticarət mərkəzində yoxlama keçirilib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi müəyyən olunub.

Belə ki, bazar ərazisində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, mənşəyi məlum olmayan müxtəlif növ məhsulların satışa çıxarıldığı, eləcə də müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçilərin sanitar geyimlə təmin edilmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.



Xəbər 1518 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq


BÜTÜN XƏBƏRLƏR +