Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


19.03.2020  12:54 

“Füzuli rayonundakı yaslarda 10 milyondan çox vəsaitə qənaət olunub” - Fotolar





A+  A-

Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri artıq 7-ci ildir ki, təmtəraqdan uzaq keçirilir.
XzəərNews.az xəbər verir ki, bu haqda Füzuli Rayon İcra Hakimiyyəti məlumat yayıb. Məlumatda qeyd edilir ki, rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır:

“Füzuli rayonunda yas mərasimlərinin, ehsan süfrələrinin sadə israfçılıqdan uzaq, islami qaydalara uyğun təşkil olunması koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayıldığı dövrdə öz aktuallığını bir daha qoruyur. Məlum olduğu kimi, koronavirus və bu kimi viruslar əsasən insanların sıx toplaşdığı, bir-biri ilə yaxın təmasda olduğu ortamlarda surətlə yayılır. Bu cür yerlərdən biri də yas mərasimləridir. Respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar hökumət tərəfindən qabaqlayıcı tədbirlər görüldüyü, sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi bir vaxtda rayon ərazisində yas mərasimlərinə nəzarət daha da artırılıb. Belə ki, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi məhdudlaşdırılıb.

Xatırlatmaq istəyirik ki, 2014-cü ildən hal-hazıra kimi rayon ərazisində 1500-dən artıq yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 10 milyon manatdan artıq vəsaitə qənaət olunub. Rayonun məcburi köçkün olan əhalisi həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 8-10 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 800-1000 manatla yola vermək olur.

Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına kömək olur, həm də maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn olunması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər”.






Xəbər 1409 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +