Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


22.05.2017  08:57 

Qasırğa 20-ə yaxın yaşayış evinə ziyan vurdu





A+  A-

İsmayıllıda leysan yağışı ilə müşaiyət olunan güclü külək və dolu şəhər təsərrüfatına və kəndlərə ciddi ziyan vurub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrindən başlayaraq İsmayıllı rayonunda əsən güclü külək getdikcə daha da sürətlənib və dağıntıya səbəb olub. Qasırğa qısa vaxtda İsmayıllı şəhərində 30-dan çox ağacı yaşayış binalarının, fərdi evlərin, elekrtik naqillərinin üstünə aşırıb.
Təbii fəlakət zamanı elektrik və rabitə dirəkləri yıxılıb, naqillər qırılıb, əhaliyə verilən elektrik enerjisi kəsilib. Bir saatdan çox əsən güclü küləyin təsiri nəticəsində 20-ə yaxın yaşayış evinin və sahibkarlıq obyektinin dam örtüyü qopub, binaların üstünə yıxılan ağaclar divarlarda iri çatlar əmələ gətirib, mənzillərin içərisi su ilə dolub. Şəhərin bəzi küçələrində yıxılan ağaclar avtomobillərin hərəkətinə mane olub. Küləyin təsiri nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.
Rayonun dağ kəndlərində leysan yağışı, dolu və külək evlərə və yardımçı tikililərə, o cümlədən meyvə-tərəvəz məhsullarına, taxıl sahələrinə də ziyan vurub. Yıxılan ağaclar yolların kəsilməsinə və nəqliyyatın hərəkətinin bir müddət məhdudlaşmasına səbəb olub.
Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri təbii fəlakət nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir.

Xəbər 2370 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +