Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!
Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi


16.02.2025  10:00 

Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilir





A+  A-

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.

XəzərNews.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 21 min 926 bakalavr ərizə təqdim edib. Onlardan 20 min 57 nəfəri Azərbaycan bölməsi, 1869 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. İmtahan iştirakçılarının 14 min 17 nəfəri cari ilin, 7909 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Həmçinin 49 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 62, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunub. İmtahan saat 11:00-da başlayır, saat 10:45-də isə buraxılış rejimi başa çatır. Göstərilən vaxtdan gecikən şəxslər imtahan binasına buraxılmayacaq.

İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1989 nəzarətçi və 294 mühafizə əməkdaşı cəlb olunub.

Bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır və bu səbəbdən imtahandan 15 dəqiqə əvvəl hər kəs zalda olmalıdır.

İmtahan 3 saat 30 dəqiqə davam edəcək. İlk 3 saat ərzində test tapşırıqlarına cavab vermək lazımdır. Bundan sonra esse yazı işi başlayacaq və bakalavrlara 30 dəqiqə vaxt veriləcək.

DİM imtahan iştirakçılarının diqqətinə çatdırır ki, cavab kartları optik qurğu vasitəsilə oxunur. Buna görə də cavablar yalnız qara və ya tünd göy mürəkkəb axıtmayan diyircəkli qələm və ya tünd rəngdə yazan karandaşla qeyd edilməlidir. Səhv qeyd olunmuş və ya qaydalara uyğun olmayan cavablar nəzərə alınmayacaq.

İmtahan binasına mobil telefon, elektron cihazlar, kalkulyator, kitab, dəftər, məlumat kitabçası, lüğət, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

Bakalavrlar imtahana gələn zaman şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini təqdim etməlidirlər. Sənədləri qaydasında olmayan şəxslər imtahana buraxılmayacaq.

Xəbər 1954 dəfə oxunub.




11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +