Mehdiyevin səhhətində ciddi problem yaranıb?
Tramp Ukrayna üzrə xüsusi nümayəndə təyin edib
Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib
Vahid Əziz “Şərəf“ ordeni ilə təltif edilib
Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur
İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib
Forum təcrübə mübadiləsinə stimul verilə bilər - Niyaz Niftiyev


24.07.2023  10:14 

Qubad İbadoğlunu “Bandotdelin” zirzəmisində saxlayırlar





A+  A-

“Onu hal-hazırda “Bandotdelin” zirzəmisində saxlayırlar. Ona dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur”.

XəzərNews.az xəbər verir ki, bu barədə siyasətçinin qızı sosial şəbəkə hesabında yazıb.

“Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündür. Həmin dərmanlarsız o sadəcə məhv ola bilər”, - daha sonra Bayramova bildirib.

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daha sonra isə onun ofisində axtarış aparılıb. Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə şübhəli şəxs qismində saxlanılıb.

Xəbər 2584 dəfə oxunub.




22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +