Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


18.11.2025  16:23 

İmişlinin hər il yollarını təmir edən şirkət kimindir?





A+  A-

İmişli Rayon İcra Hakimiyyəti İmişli şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

XəzərNews.az xəbər verir ki, tenderin qalibi "Orion-E" MMC seçilib. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 608 808,79 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Orion-E" MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 730 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Orion-E" MMC İmişli Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin əvəzssiz qalibidir. Şirkət 2020-ci ildən bu yana İmişli Rayon İcra Hakimiyyəti və ona tabeli qurumlarının keçirdiyi 11 tenderin qalibi seçilib.

Bu tenderlər əsasən yolların təmiri ilə bağlı keçirilib. Aydın olur ki, İmişli Rayon İcra Hakimiyyəti hər il yolları təmir etdirir. Təmir işlərini isə "Orion-E” MMC həyata keçirir. Təkcə ötən il qurumla şirkət arasında yol təmirinə dair 1 073 868,74 manatlıq satınalma müqaviləsi imzalanıb.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdir. O, 2020-ci ildən rayona rəhbərlik edir.

Xəbər 989 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +