Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


23.10.2025  13:59 

Fərhad Məmmədov Yerevan səfərindən yazdı... - Fotolar





A+  A-

“Ermənistan paytaxtında vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin görüşü baş tutub. Azərbaycan və Ermənistanın rəsmi strukturları görüşün sırf ikitərəfli formatda keçirilməsi üçün şərait yaradıblar”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Yerevana səfər edən Fərhad Məmmədov özü açıqlama yayıb.

F.Məmmədov bildirib ki, uzun illərdən sonra ilk dəfə azərbaycan təyyarəsi Zvartnots hava limanına enib, bu detal yaxın gələcəkdə ikitərəfli münasibətlərdə norma halını ala bilər:

“Heç kimə sirr deyil ki, azərbaycanlı və erməni ekspertlər müxtəlif layihələr və beynəlxalq tədbirlər çərçivəsində vaxtaşırı görüşürlər keçirib. Lakin bu dəfə bütün detallar tamamilə ikitərəfli formatda olub: Azərbaycan təyyarəsinin İrəvana uçuşundan tutmuş proqramın hazırlanması, mətbuat relizinin mətni və proqramın digər bəndlərinədək. Bu, sülh gündəliyi baxımından çox önəmlidir, çünki müstəqil şəkildə təşkil olunan görüşlər əlavə məsuliyyət və sülh prosesinə təkan yaradır.

Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan və Ermənistan arasında qarşılıqlı fəaliyyət üçün çərçivə yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan əldə olunmuş nəticələri möhkəmləndirmək və münasibətlərin səviyyəsini genişləndirmək üçün addımlar atırlar. Bu asan yol deyil, çünki prosesin xarici sponsoru yoxdur, bütün işlər ikitərəfli formatda aparılır. Hökumətlər artıq vətəndaş cəmiyyətinin nümayəndələrinin sülh prosesinə qoşulması üçün kifayət qədər zəmin yaradıblar. Uzunmüddətli sülh və sabitliyə yönəlmiş aydın məqsədyönlülük mövcuddur!”

F.Məmmədov qeyd edib ki, görüş yüksək səviyyədə təşkil olunub, təhlükəsizlik təmin edilib, regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizdə narahatlıq doğuran mövzularadək geniş spektrdə məsələlər müzakirə olunub:

“Qrupun məqsədləri və mümkün birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Əlbəttə, İrəvanda gəzintiyə çıxmaq, hər gün informasiya mənbələrində öyrəndiyin və gördüyün məkanları canlı görmək maraqlı idi. Gəzinti zamanı efirlərdən tanıdığım bir jurnalisti təsadüfən görmək də maraqlı anlardan biri oldu...

Bəli, bəzi erməni resurslarında təhqir və narazılıq ifadə olunur... Bəzi Azərbaycan resurslarında isə “razılaşmaq mümkünsüzdür” kimi fikirlər səslənir. Bu, indiki dövr üçün təbiidir, hələ cəmiyyətlərin hökumətlərin sülh gündəliyinə alışması üçün çox iş görülməlidir. Rəsmi səviyyədə prosesin irəliləməsi üçün qərarlar qəbul olunur və əgər bu tarixi dövrdə vəziyyətin sabitləşməsi və dayanıqlı sülhün formalaşması üçün real imkanlar mövcuddursa, bundan mütləq istifadə edilməlidir!”





Xəbər 2518 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +