Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


12.02.2024  16:21 

İki generalın adı ilə çoxlu sayda insan necə aldadılıb?





A+  A-

Müdafiə Nazirliyi 2-ci Ordu Birləşməsinin Qərargah rəisi, general-mayor Münasib Babayevin adından istifadə edib, müxtəlif şəxslərdən pul alan keçmiş hərbçiyə hökm oxunub.

1995-ci ildə İmişli rayonunda anadan olmuş Elmədin Əliyev 2016-cı ildən 2019-cu ilin yanvar ayınadək olan dövr ərzində Müdafiə Nazirliyinin Müşfiq qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAHHXQ kimi çavuş rütbəsində xidmət edib, lakin 2019-cu ilin yanvar ayında öz təşəbbüsü ilə ərizə yazaraq xidmətdən xaric olunub.

Elmədin Əliyev həmin ildən sonra müxtəlif şəxslərə Müdafiə Nazirliyində nüfuzlu şəxslərlə və xüsusən də general-mayor Münasib Babayevlə münasibəti olduğunu deyib. O, hərbi sahədə işə düzəlmək istəyənləri həmin şəxslərin köməkliyi ilə işlə təmin edə biləcəyini deyərək onlardan müxtəlif məbləğlərdə pul alıb.

Təqsirləndirilən şəxs Sulduz adlı şəxsi hərbi xidmətə işə bərpa etmək müqabilində 1500 manat pulunu alıb. Həmin pulu guya Münasib Babayeva rüşvət qismində verməklə, onu işinə bərpa edəcəyini vəd verib. O, eyni üsuldan istifadə edərək digər şəxslərdən də 1000, 3000 və daha çox məbləğdə vəsait alaraq pullarını mənimsəyib.

Zərərçəkmişlər Elmədin Əliyevdən hər dəfə pullarını tələb edəndə general-mayor Münasib Babayev və general-leytenant Rövşən Əkbərova arxalandığını bildirib. O, heç kimdən qorxmadığını qeyd edib.

Dələduzluğu ilə bağlı bir müddət axtarışda olan Elmədin Əliyev Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 42 nömrəli binanın 8-ci mərtəbəsinin blokunda saxlanılıb. Təqsirləndirilən şəxs saxlanılan zaman özü ilə bərabər polis əməkdaşına da bıçaqla xəsarət yetiribmiş.

Məhkəmənin hökmü ilə Elməddin Əliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib./Qaynarinfo

Xəbər 1066 dəfə oxunub.



09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +