Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!
Əcnəbilər rayonlara niyə getmirlər? - Deputat səbəbini açıqladı
“Nimesil” Azərbaycanda qadağan oluna bilərmi?
Quru sərhədlər niyə bağlıdır?
İmişlidə qadını oğurlayan 3 nəfər SAXLANILDI
Azərbaycanda bu məhsul BAHALAŞDI
Saray qəbiristanlığında dağıntı törədildi - Video
37 ailənin qazı, işığı niyə kəsilib? - Video
AFFA-nın baş katibi istefa verib?
Bu seçki məntəqələrinin nəticələri LƏVĞ EDİLDİ


06.12.2022  09:30 

Qədim sənət bələdçisi rənglərlə danışır - Reportaj/Foto





A+  A-

Onunla görüşəndə dünənimizdən bu günə yadigar qalan sənət növü ilə əlaqəli yazı hazırlamaq istəyimi bildirdim. Lakin şahidi olduğum mənzərə məni tamam çaşdırdı: Həyata, təbiətə, insanlara sevgisini, duyğularını ağ tabloya hopdurmağa çalışan müsahibim əlində fırça ... önündə özünəməxsus şəkildə işləyir – sakit, təmkinli...

Doğrusu İlhamın rəssamlıq qabiliyyətindən xəbərsizdim. Kətan üzərində yaratdığı rəngkarlıq nümunələri heç də peşəkar rəssam əsərlərindən fərqlənmir. Sanki hər şey təbii və düşündürücüdür. Danışmağı sevməsə də, süjetli boya rəsmləri, maraqlı natürmortlar həmsöhbətim olur. Bu gün daha yaxından tanıdığım İlham dünyasının seyrçisinə çevrilirəm. Xoş hisslərlə təəssüratlanıram. Müxtəlif səpkili mövzularda çəkdiyi rəsmlərdə lirik lövhələr, peyzaj və təbiət hadisələri yer alır. Məşhur rəssamlar deyir ki, atın rəsmini çəkmək çətindir, mürəkkəbdir. Şahə qalxır, düşür. Çevikdir, hər tərpənişdə əzələlərin vəziyyəti dəyişir. Bununçün müşahidə, təcrübə tələb olunur. Məncə İlham bunun da öhdəsindən qismən gəlib.

Maraqlandım ki, onu rənglər dünyasına aparan yol hardan başlanır? Deyir ki, ilk rəsmini yeddi yaşında çəkib. Hətta uşaqkən gördüyünü, hiss etdiyini ağ kağız üzərində təsvir etməyə çalışan İlhamın bu istedadına inanmayıblar da. Kaşkə inanıb həvəsləndirəydilər. Bəlkə də Azərbaycan İqtisad Universitetini deyil, Rəssamlıq Akademiyasını bitirərdi...

Hazırda “Azəravtoyol” ASC 47 nömrəli Yol İstismarı MMC-də kadr müvəkkili kimi çalışan İlham Babayev işdən sonra başqa məşğuliyyətlərə də vaxt ayıra bilir. Sevib-seçdiyi işə, sənətə həvəslə yanaşır ki, vaxt ayırır. Çünki hər şey içdən gəlir.

Ata-baba mirasını – sandıqçılıq sənətini davam etdirən İlham Əkbər oğlu görüb-götürdüyünü sənət incilərinə çevirən layiqli varislərdəndir. Kiçik yaşlarından unudulmaqda olan milli kaloriti əks etdirən sənət nümunəsinə yeni bir ruh, gözəllik bəxş edir. O, işindən məmnundur. Usta səthi zərif həndəsi, nəbati naxışlarla, dahi şəxsiyyətlərin rəsmləri ilə bəzədilən sandıqlarla yanaşı mücrülər də düzəldir.

Övladları da bu sənətin sirlərinə yiyələnib. Hazırda hərbi xidmətdə olan Rövşən də atası kimi ixtisasca ali təhsilli iqtisadçıdır. Bakı-2015 I Avropa Oyunlarında könüllülük fəaliyyətinə görə təşkilatçılar tərəfindən Fəxri fərmanla təltif edilib. Bakı Dövlət Universitetinin məzunu olan Rəşadın eyni zamanda qrafika janrında çəkdiyi rəsmlər də diqqət cəlb edir.

İlham deyir ki, sandıqçı eyni zamanda rəssamlıq qabiliyyətinə malik olmalıdır ki, sifarişçinin zövqünü oxşasın. İndi mebel istehsalı çoxaldıqca ənənəvi sənət növlərinə münasibət dəyişib. Bu da adət-ənənələrimizin əldən getməsinə səbəb olur.

İnsan bilik və bacarığını həyatın müxtəlif sahələrinə tətbiq etməklə ondan yararlanır. Yaradıcı təfəkkürünü inkişaf etdirir. Bu gün 54 yaşlı İlham Babayev yeni sənət nümunələri yaratmağa, adət-ənənəmizi yaşatmağa çalışır. Zəngin təbiətimizin özünəməxsus əlvanlığını, gözəlliklərini tərənnüm etməyə, rənglərlə danışmağa cəhd edir.

Akif AĞAYEV
XəzərNews.az


















Xəbər 1256 dəfə oxunub.




04.02.2025  10:16 

Quru sərhədlər niyə bağlıdır?

04.02.2025  10:04 

Azərbaycanda bu məhsul BAHALAŞDI

03.02.2025  17:08 

Pezeşkian Azərbaycana gəlir?

03.02.2025  17:02 

AFFA-nın baş katibi istefa verib?

03.02.2025  16:48 

Armen Sarkisyan öldü

03.02.2025  16:47 

Nazir qatarda qarət edildi


BÜTÜN XƏBƏRLƏR +