Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


24.06.2022  18:13 

Rusiyada həbs olunub, Azərbaycana gətirildilər





A+  A-

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşları Həsənli Gündüz Rəhil oğlunun və Şahsuvarov Elnur Çingiz oğlunun ekstradisiyası haqqında qərarlar qəbul edilib.

XəzərNews.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Şirvan şəhər prokurorluğunun icraatında olan cinayət işi üzrə G.R.Həsənli tərəfindən “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında satış təmsilçisi vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin MMC-nin ambarından ticarət obyektlərinə paylanması üçün götürdüyü ərzaq məhsullarının satışından əldə edilən pul vəsaitlərinin mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 179.2.3. və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində 06.10.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan edilib. Gündüz Həsənli 21.03.2022-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

E.Ç.Şahsuvarov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Sumqayıt Şəhər Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib. Elnur Şahsuvarov 21.10.2020-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində müəyyən edilərək həbs olunub.

24.06.2022-ci il tarixdə G.R.Həsənli və E.Ç.Şahsuvarov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından Azərbaycana gətiriliblər.

Xəbər 1505 dəfə oxunub.



09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +