Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


22.11.2021  12:28 

Klinikada ölüm kardioloqun səhvi ucbatından baş verib?





A+  A-

N.Tusi adına klinikada əməliyyat olunun xəstə vəfat edib.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Heydər Cəfərxanova eyni vaxtda 6 stend qoyulub. O elə əməliyyat masasında dünyasını dəyişib.

Xəstə yaxınları iddia edir ki, bədbəxt hadisə kardioloq Samir Abbasovun səhvi ucbatından baş verib.

Bildirilir, o xəstənin vəziyyətini düzgün qiymətləndirməyib və eyni vaxtda 6 stend qoymaqla onun həyatına qəsd edib:

“Heydər Cəfərxanov şəkər xəstəsi idi. Ümumi yoxlanışa gedib. Həkim koronar angioqrafiya (anju) edib, sonra da dərhal əməliyyata aparıb. Onun heç yaxınları ilə məsləhətləşməyə də imkan verilməyib. Sadəcə lazım olan 8 min pul alınıb və əməliyyata salınıb. Mütəxəssislər bildirir ki, belə bir xəstəyə eyni vaxtda 6 stend qoymaq olmazdı”.
Xəstə yaxınları hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət ediblər, faktla bağlı cinayət işi başlanılıb.

Məsələ ilə bağlı həkim Samir Abbasovla əlaqə saxladıq.

S. Abbasov Bakupost.az -a açılamasında bu iddiaların əsasız olduğunu deyib.

Onun sözlərinə görə, əməliyyat tam uğurla aparılıb və bu proses diskə yazılıb:

“Xəstə 5-ci gün müraciət edib və anju olunub. Onun bütün damarlarında demək olar ki, tutulma var idi. Birinci xəstəyə açıq-ürək əməliyyatı məsləhət görüldü və bundan qəti imtina etdi. Daha sonra üstü açılıb ki, üç ay bundan qabaq hansısa bir mərkəzdə yenə anju olunub və yenə əməliyyat təklif ediblər. Amma xəstə qəti imtina edib. Xəstə bizə gələndə yoldaşına əməliyyatla bağlı məlumat verdik. O da həyat yoldaşı ilə danışdı, amma yenə də açıq ürək əməliyyatına razı olmadı. Gördüyümüz işlərin hamısı diskə yazılıb. Yəni stend qoyulan andan bitənə qədər diskə yazılır və disk də müvafiq orqanlara təqdim olunub”.

Həkim bildirib ki, stendlərin sayının çox olması müzakirə mövzusu deyil:

“Praktikada 8-10, hətta mən Almaniyada 11 dənə də stend qoymuşam. Burada da vəziyyət belədir ki, birinci açıq ürək əməliyyatı olmalıdır, əgər olmasa stend qoyulmalıdır. Həmin xəstənin də bütün damarlarında tutulma olub. Biz uğurlu əməliyyat edib damarları normallaşdırdıq, sadəcə olaraq müasir təbabətdə də 100 xəstədən 8-də tomblaşma əmələ gəlir ki, bu dəqiqə dünyanın bəlası budur. Yer kürəsində ölənlərin tam 50%-i ürək-damar xəstəliyindən ölür. Yenidən qeyd edim ki, biz hər şeyi xəstənin yaxınlara izah etdik, hətta xəstə açıq ürək əməliyyatından imtina etdiyi üçün stent qoyulmasına görə razılığını alıb imza da çəkdirmişik.

Qeyd edim ki, ürəyin özü də çox zəif idi”.



Xəbər 2867 dəfə oxunub.




09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +