Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


28.10.2021  17:20 

“Nar” qazi müəllimlər haqqında kitabın çapına dəstək olur





A+  A-

“Nar” 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlərin qəhrəmanlıqlarından bəhs edən kitabın çapına dəstək olacaq. Kitabda Vətən müharibəsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Qafqazinfo” xəbər portalının “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində hazırladığı 38 reportajı toplanacaq. Qeyd edək ki, bu yazılar cəmiyyətdə böyük marağa səbəb olmaqla yanaşı, şagirdlərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə töhfə verib.

Kitab ilkin olaraq 2000 tirajla, təxminən 150 səhifə olmaqla, 4 rəngdə nəfis şəkildə nəşr olunacaq. Kitabın ödənişsiz olaraq həm Bakı şəhəri üzrə məktəblərə, həm də ölkənin digər məktəblərinə paylanılması nəzərdə tutulur. Türkiyədə yüksək keyfiyyətlə dərc olunacaq kitabın təqdimatının Zəfər Günü ərəfəsində keçirilməsi planlaşdırılır. Layihənin məqsədi qazi müəllimlərimiz haqqında məlumatın geniş yayılması və onların şücaətinin gələcək nəsillərin tərbiyəsinə töhfə verməsidir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91 faizini əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.


Xəbər 1413 dəfə oxunub.



09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +