Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


23.08.2021  09:07 

Vahid Əlaqələndirmə Mərkəzi bu gündən fəaliyyətə başlayır





A+  A-

Prezident İlham Əliyevin Fərmanına əsasən, ilkin olaraq Bakıdakı DOST Mərkəzlərində yaradılan vahid əlaqələndirmə mərkəzlərində bu gündən qəbula başlanılır.
XəzərNews.az xəbər verir ki, ilk mərhələdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, bu müharibədə xəsarət almış hərbi qulluqçuların və həmin müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin müraciətləri qəbul olunacaq.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, bu müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər qeydiyyatda olduqları rayonlar üzrə qeyd edilən DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müraciət edə bilərlər.

Həmin şəxslər peyvənd olunmalarına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmalarına dair təsdiqedici sənədə (COVİD-19 pasportuna), yaxud istifadəsinə icazə verilən vaksinlərə qarşı "Əks göstəriş sertifikatı"na malik olduqda qəbul ediləcəklər.

Vahid əlaqələndirmə mərkəzlərində birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.

Mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək.

Xəbər 2255 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +