Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


30.06.2021  12:54 

Azərbaycanda Qurban bayramının vaxtı məlum oldu





A+  A-

"Bu il Azərbaycanda Qurban Bayramı namazı iyulun 21-də qılınacaq".
XəzərNews.az xəbər verir ki, bu sözləri Milli.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib.

QMİ rəsmisi əlavə edib ki, bayram günü qılınacaq namazın formatı ilə bağlı indidən dəqiq söz demək mümkün deyil: "Bayram namazında daha çox insanın iştirakı epidemioloji vəziyyətdən asılı olacaq. Bu barədə hələlik rəsmi qərar verilməyib.

Hazırda məscidlərdə müəyyən şərtlərlə camaat namazları qılınır və məscidlər təşkil olunur. Bayram namazına qədər vaksinasiya olunan insanların sayı artarsa, yoluxma dinamikası aşağı olarsa, bayram namazında daha çox insanın iştirakı mümkün ola bilər".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il Azərbaycanda Qurban bayramı iyulun 20-21-nə təsadüf edəcək.

Xəbər 3185 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +